Alternative content

14:16 18 Iyul 2019
ONLINE XƏBƏR LENTİ
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Olimpdə Zevsin heykəli
Olimpdə Zevsin heykəli
ANA SƏHİFƏ / Mədəniyyət
00:25 23.06.2019


Elə sənət əsərləri olub ki, araya-ərsəyə gətirildiyi dövrün özündə də böyük heyrət doğurub. Hətta müəlliflərini görüb-tanıyanlar da onların bir insan zəkası, insan əli ilə yaradıldığına təəccübləniblər. Belə əsərlər az olmasa da, onlardan yeddisi qədim dünyanın möcüzəsi hesab edilir.

Zamanın amansız tufanları, qasırğaları antik sənət əsərlərinə qarşı amansız oldu. Qədim dünyanın yeddi möcüzəsi sayılan ecazkar abidələrin çoxu dövrümüzə gəlib çatmadı. Ancaq həmin sənət möcüzələri unudulmadı. Onlardan biri də Olimpdə Zevsin heykəlidir.


Qalib hökmdar


Qədim yunan əsatirlərində bildirilir ki, bir vaxtlar atası Uranın hakimiyyətini ələ keçirən Kron uşaqlarının da onu taxt-tacdan məhrum edəcəklərindən qorxduğu üçün onları udur. Buna görə də ilahə Reya Zevsi Krondan gizli Krit adasındakı Psixro mağarasında dünyaya gətirir. Reya ərini aldadaraq ona yemək üçün Zevsi yox, bələnmiş daş parçasını verir. Beləcə, Zevs xilas ola bilir.

Bir gün Kronun qorxduğu başına gəlir. Zevs hakimiyyət uğrunda mübarizədə atasını məğlub edir. Qədim Yunanıstanda bu hadisə ilə əlaqədar olaraq Olimpiya oyunları təşkil edilir. Açılışda Zevsə qurban kəsilir.

Hökmdarın müqəddəs yeri Olimp məbədi olur. Olimpiya şəhərinin mərkəzi meydanında mərmər üzlük çəkilmiş və müxtəlif heykəllərlə, döşəməsi isə möhtəşəm mozaika ilə bəzədilmiş əzəmətli məbədin içərisində böyük qırmızı pərdə arxasında yunanların baş allahı Zevsin heykəli qoyulur. Əsərin müəllifi eramızdan əvvəl V əsrin məşhur heykəltəraşı Fidi idi. Bu heykələ qədər Parfenondakı Afina heykəlini və Parfenonun divar relyeflərini, Afinanın yenidən qurulması planını hazırlasa da, Zevsin heykəli onu daha çox şöhrətləndirir.

Antik müəlliflərin məlumatına görə, abidəsində Zevs qızıl və fil sümüyü ilə bəzədilmiş taxtda əyləşmişdi. Onun yuxarı hissəsi çılpaq, aşağı hissəsi zəngin paltara bürünmüşdü. Bədəni və başı ağacdan düzəldilən, üzəri fil sümüyü ilə örtülən yunanların baş allahının bir əlində qələbə ilahəsinin - Nikanın heykəli, digərində Zevsin müqəddəs quşu - qartalın təsviri ilə bəzədilmiş hökmdarlıq əsası var idi. Zevsin başını qızıldan düzəldilmiş zeytun yarpaqları çələngi bəzəyirdi. Çələng zəhmli tanrının sülhsevərliyinə işarəydi. Onun saqqalı və qıvrım saçlarla haşiyələnmiş sifətində ciddiliklə bərabər xeyirxahlıq əksini tapmışdı.


Sənət möcüzəsi


Məbədə çətinliklə yerləşən heykəlində Zevs oturaq vəziyyətdə təsvir edildi. Belə təsəvvür yaranırdı ki, yunanların baş allahı ayağa qalxarsa, məbədin tavanı çökər. Heykəlin oturdulduğu döşəmə 6,5 metr genişliyində və 1 metr hündürlükdə, heykəlin özü 12 metr hündürlükdə idi. Üzərində isə yunan tanrılarının və Sfinks kimi mistik heyvan fiqurları əksini tapır. Heykəlin dərisinin fil dişindən, saqqalının, saçlarının, paltarının isə qızıldan olması onu daha da əzəmətli göstərirdi. Belə ki, parlaq fil dişi, qızıllar qaranlıq dəhlizdən keçənlərin gözlərini qamaşdırır, onlarda böyük təəssüratlar yaradırdı.

Olimpiadalar əsnasında döyüşlər dayanar, dünyanın hər yerindən bura gələn atletlər üçün heykəlin qarşısında mərasimlər təşkil olunurdu. Zevsin heykəli eramızdan əvvəl 450-ci ildə, məbəd isə ondan da qabaq - eramızdan əvvəl 770-ci illərdə olimpiadalar başlandıqdan sonra inşa edilmişdi.

İllər keçsə də, Zevsin heykəlinin şöhrəti azalmırdı. Yunanıstanda Zevsin heykəlini görməyən adamı bədbəxt hesab edirdilər. Bura yalnız ibadət üçün deyil, həm də bu misilsiz sənət əsərinə baxmaq üçün gəlirdilər.

Eramızdan əvvəl 200-cü ildə heykəl bərpa olundu. Ancaq Romaya daşınarkən zədələndi.

Roma imperatoru Dominisian (284-305) tərəfindən olimpiada oyunları qadağan edildikdən sonra bütpərəstlik nümunəsi kimi Zevs məbədi də bağlandı. Bundan sonra bura maraq azaldı. Təbiətin şıltaqlıqları - zəlzələlər, sellər isə heykəlin köhnəlməsini sürətləndirdi. Dünyanın yeddi möcüzəsindən biri sayılan heykəl zəngin yunanlar tərəfindən yeni qurulan və ozamankı adıyla Konstantinopol deyilən İstanbula aparıldı.


Böyük yanğının qurbanı


Əsrlər ötdü. Bizansda bütpərəstliyin yerini xristian dini aldı. Bütpərəstliyə aid abidələrə etinasızlıq göstərməyə başladılar. Ancaq imperatorun qorxusundan Zevsin heykəlinə toxunmağa kimsə cürət etmədi. Beləliklə, heykəl bütpərəstliyə düşmən münasibət bəsləyən xristianların hücumlarından bir müddət qorunmuş oldu. Bununla belə, abidənin yox olmasını istəyənlər öz niyyətlərindən dönmədilər. Aradan xeyli vaxt ötdü. Bir dəfə kilsədə yaşlı bir mömin din xadimlərinə bütpərəst heykəlinin xristian məbədində saxlanılmasının böyük qəbahət olduğunu söylədi. Amma heykəl elə məhv edilməli idi ki, bu məsələdə kimsəni ittiham etmək mümkün olmasın. Yaşlı mömin bunun yolunu da göstərdi. Bunun üçün imperatorun sarayı tamam yanmalı idi. Bu fikir xristian fanatiklərinə ağlabatan göründü. Eramızın V əsrində II Feodosinin sarayı yandırıldı. Zevsin nəhəng heykəli də yanıb külə çevrildi. Beləcə, 462-ci ildə baş verən böyük yanğında qədim dünyanın yeddi möcüzəsindən biri, Fidinin qeyri-adi heykəltəraşlıq məharəti ilə yaratdığı heyrətamiz sənət əsəri - Zevsin heykəli məhv oldu.

Zevsin heykəlinin qalıqları Afinanın 150 kilometr qərbində yerləşən qədim Olimpiya şəhərində, ilk olimpiadaların keçirildiyi yerdədir. 1829-cu ildə Olimp dağında heykələ aid bəzi parçalar tapıldı və Fransaya aparıldı. Hazırda həmin hissələr Parisdə Luvr Muzeyində sərgilənir.

Təəssüf ki, olimpli Zevsin heykəlini qorumaq, mühafizə etmək mümkün olmadı. Amma o ecazkar sənət nümunəsini təsəvvürlərdə canlandırmaq, təsvirlərini cızmaq üçün mənbələrdə və dildən-dilə keçən əhvalatlarda kifayət qədər məlumatlar qaldı.

Zöhrə FƏRƏCOVA,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM