Alternative content

12:33 20 Iyul 2019
ONLINE XƏBƏR LENTİ
00:40 20.07.2019 Çoxmərhələli layihə
00:20 20.07.2019 Bu da 60
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Günəşin zərbəsi
Günəşin zərbəsi
ANA SƏHİFƏ / Səhiyyə
00:22 23.06.2019


Yay aylarında insanları ən çox narahat edən problemlərdən biri günvurma və istivurma ilə bağlıdır. Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev deyir ki, günvurma və istivurmanın əlamətləri eyni olsa da, baş vermə səbəbləri fərqlidir.

İstivurma hər hansı səbəbdən isti şəraitdə olan yerlərdə, günvurma isə açıq günəş şüaları altında qalan adamlarda baş verir. Günvurma halları üç dərəcədə olur. Yüngül, orta və ağır. Azyaşlı uşaqlar, xəstə insanlar və yaşlılar belə hallar üçün daha həssas qrupdur və onların vəziyyəti daha tez pisləşə bilər.


Baş ağrısı, halsızlıq, ürəkbulanma...


R.Nağıyev deyir ki, günvurma halı özünü yüngül başağrısı, ürəkbulanma ilə büruzə verir. Günəş şüalarının təsirindən dəridə yanmalar da qeydə alınır. Baş ağrısı, halsızlıq, ətraf mühitə reaksiyanın zəifləməsi, ürəkbulanma kimi hallar ortaya çıxır. Əgər ağır formada günvurmadırsa, sadalanan əlamətlər şok vəziyyətinə gətirib çıxara bilər. Hər bir insan özünü açıq günəş şüaları altında qalmaqdan qorumalıdır. Müddət nə qədər çox olarsa, günvurmanın fəsadları da ağırlaşır. Çünki ətraf mühitin rütubəti yüksək olanda orqanizmdə temperatur mübadiləsi çətin gedir. Bu zaman daha ağır nəticələr verir.

Saat 11:00-dan 17:00-dək açıq gün şüaları altına çıxmaq olmaz. İsti havalarda, əsasən, sərin yerlərdə, havası tez-tez dəyişdirilən otaqlarda olmaq məqbuldur: "Əgər kimsə açıq günəş altına çıxmağa məcburdursa, belə halda mütləq baş örtüklərindən istifadə etməlidir. Açıq rəngli və təbii geyimlər seçilməlidir. Bununla yanaşı, mütəmadi olaraq maye, mineral və təbii suların qəbul edilməsi məsləhətdir. Həmçinin yüksək kalorili, ağır yeməklərdən istifadə etmək olmaz. Yaxşı olar ki, əsasən tərəvəzi bol olan yeməklərə üstünlük verilsin”.


İlk yardım


"Günvurma zamanı ilkin tibbi yardım kimi zərərçəkəni kölgəyə və sərin otağa aparmaq, geyimini yüngülləşdirmək lazımdır. Bundan əlavə, onun bədən hərarətini aşağı salmaq üçün libası su ilə isladılmalıdır. Zərərçəkənə soyuq su verin, üzünü və sinəsini soyuq su ilə silin. Başına, boyunun yan tərəflərinə, qoltuqaltı və qasıq nahiyələrinə (iri damarlar keçən yerlər) buz və ya bu, mümkün olmadıqda, soyuq su ilə kompres qoyun. Zərərçəkənə huşunu itirdiyi halda naşatır spirti iylətmək, tənəffüs olmadıqda süni tənəffüs vermək lazımdır. Bundan sonra mütləq həkimə müraciət etmək gərəkdir” deyə mütəxəssis bildirir.

Yasəmən MUSAYEVA,

"Azərbaycan”