Alternative content

12:30 20 Iyul 2019
ONLINE XƏBƏR LENTİ
00:40 20.07.2019 Çoxmərhələli layihə
00:20 20.07.2019 Bu da 60
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bilirik?
Bilirik?
ANA SƏHİFƏ / Səhiyyə
00:21 23.06.2019


* Karies xəstəliyinin 5000 il bundan əvvəl yaşamış insanlarda da olduğu öz təsdiqini tapıb. Tibb elmi ağız suyunun tərkibinin keyfiyyətinin pis olmasının dişlərdə karieslərin əmələ gəlməsinə səbəb olduğunu sübut edib;

* Sıx hörülmüş saç hörükləri, "Afro” saç düzümü getdikcə saçların tökülməsinə və dazlaşmaya gətirib çıxarır;

* Hər gözün 6 xarici əzələsi var. Bu əzələlərdən biri və bir neçəsi daha güclü və ya daha zəif olduğu zaman çəpgözlük yaranır;

* 1346 - 1353-cü illərdə Avropa əhalisinin 25%-i taun xəstəliyinə yoluxub. Bu dövr ərzində "qara ölüm” adlandırılan həmin xəstəlikdən 75 milyon adam dünyasını dəyişib;

* İnsanların bir çoxu kor bağırsaq çıxıntısının orqanizm üçün artıq orqan olduğunu düşünür. Amma araşdırmalara əsasən, kor bağırsaq çıxıntısı insan bağırsağı üçün vacib sayılan mikroorqanizmlərin artıb çoxalması baxımından vacib orqan hesab edilir. Mütəxəssislər kor bağırsağı əməliyyat etdirməzdən əvvəl onun hansı səbəblərdən patologiyaya uğramasının səbəbini araşdırmağı məsləhət bilirlər.