İnsan orqanizmi üçün faydalı giləmeyvələrdən biri albalıdır. Albalı bir çox xəstəliklərin qarşısını almaq qabiliyyətinə malikdir.
- Albalı ürək-damar və qan sistemi üçün olduqca faydalıdır. Tərkibində kumarin maddəsi olan albalı qanı duruldur, damarlarda trombların əmələ gəlməsinin qarşısını alır, möhkəmləndirir, elastikliyini artırır, qanda xolesterolun səviyyəsini aşağı salır, aterosklerozun inkişafının qarşısını alır.
Qan problemləri, anemiya (qanazlığı) zamanı da albalı və albalı şirəsi təbii müalicəvi məhsul sayılır.
- Albalı həzm sisteminin fəaliyyətini stimullaşdırır, bağırsaqlara yüngül işlədici təsir edir.
- Albalı və albalı şirəsi nəfəsalma sistemində iltihabları azaldır, bəlğəmgətirici təsir edir.
- İltihab və mikrobəleyhinə xüsusiyyətlərə malik albalı soyuqdəymə zamanı kömək edir. C vitamini ilə zəngin olduğuna görə immun sistemini möhkəmləndirir.
- Albalı sinir sisteminə də yaxşı təsir edir.
- Ellaq turşusu ilə zəngin olan albalı xərçəng hüceyrələrinin inkişafının qarşısını alır.
- Araşdırmalar sübut edib ki, bu giləmeyvə görməyə yaxşı təsir edir, göz xəstəliklərinin inkişafından qoruyur.
- Orqanik turşularla zəngin olan albalı orqanizmdə piylərin parçalanmasını sürətləndirir, arıqlamağa kömək edir.
- Güclü antioksidant xüsusiyyətlərlə zəngindir - orqanizmdə qocalma proseslərini ləngidir, cavanlaşdırır, iltihabları azaldır.