23 Iyun 2019 00:19
1163
Səhiyyə
A- A+

Dondurucu dad


Yay aylarının ləzzətli qidaları arasında dondurmanın öz yeri var. Amma dondurma yeyərkən müəyyən nüanslara diqqət etmək lazımdır ki, səhhətə ziyan olmasın.

Bu barədə diyetoloq Şəhriyyə Əhmədova bildirib ki, gündəlik qida rejiminə şəkər, yağ, karbohidrat balanslı şəkildə daxil edilməlidir, o cümlədən rasiona dondurma da daxil etmək lazımdır, sadəcə miqdarını aşmamaq şərti ilə: "Dondurma ilə meyvəni sıralamaq məsləhətdir. Bu iki qidanı qətiyyən qarışdırmaq olmaz. Günün müəyyən saatı meyvə, digər saatında dondurma yemək olar. İki pay meyvə, üstəlik, dondurma yemək istəyirsinizsə, meyvənin bir payını dondurma ilə əvəz edin. Dondurma isə souslu olmamalıdır. Eyni zamanda, dondurma yeməyin saatına diqqət etmək vacibdir. Günün birinci yarısı, yəni saat 17:00-18:00-a qədər yeyilməsi daha məqsədəuyğun sayılır. Axşam saatlarında dondurma yemək məsləhət deyil”.

Diyetoloq deyir ki, normadan çox yeyilən hər bir qida artıq çəkiyə səbəb olur. Sözsüz ki, şokoladlı, fıstıqlı, qarışıq, iki və daha çox pay dondurma yemək rejimdən çıxmanıza səbəb olar:


Boğazın şişməsinə səbəb olur?


"Valideynlərin narahat olduğu məqamlardan biri də uşaqların dondurma yeyərək xəstələnməsidir. Bir çoxları dondurma yedikdən sonra boğazlarının şişdiyini deyir. Amma uşaqlar da rahatlıqla dondurma yeyə bilər. Bu sevimli qida onlarda ciddi problem yaratmaz. Yetər ki, müəyyən olunmuş vaxtda və az olsun. Uşaqlara bir paydan çox olmayaraq və günün birinci yarısında dondurma vermək olar. Dondurma yeyən zaman boğazın şişməsi orqanizmdən asılı olan problemdir. Əgər boğazda həssaslıq, xroniki faringit varsa, əlbəttə, dondurma qıcıqlanma yaradar. Amma yenə də bir pay dondurma boğaz ağrıtmaz. Faringit olan halda dondurmanı bir az yumşalmış halda, ərimiş formada yemək daha yaxşı olar” deyə mütəxəssis bildirir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video