22 Iyun 2019 13:00
487
DÜNYA
A- A+

ABŞ Çinin beş şirkətinə qarşı sanksiyalar tətbiq etdi


ABŞ Ticarət Nazirliyi Çinin beş şirkətini Amerika mallarını və xidmətlərini ala bilməyən hüquqi şəxslər siyahısına daxil etmişdir. Bu barədə "Röyter” agentliyi xəbər verir.

Nazirliyin press-relizində deyilir ki, məhdudlaşdırıcı tədbirlərə "Chengdu Haiguang Integrated Circuit”, "Chengdu Haiguang Microelectronics Technology”, "Higon”, "Sugon” və Usi şəhərindəki Szyannan Kompüter Texnologiyaları Universiteti məruz qalmışdır. Bu təşkilatların fəaliyyətinin ABŞ-ın dövlət təhlükəsizliyi və xarici siyasət maraqlarına zidd olduğu qeyd edilir. Sözügedən şirkətlərə mal və xidmətlər satmaq üçün ABŞ firmaları bundan sonra xüsusi icazə almalı olacaqlar.

"Qara siyahı”ya düşmüş təşkilatlar yüksək sürətli kompüter hesablamaları, mikroçip istehsalı, proqram təminatlarının hazırlanması ilə məşğuldur. ABŞ Ticarət Nazirliyinin məlumatına görə, "Sugon” şirkəti bir müddət əvvəl açıqca etiraf etmişdir ki, Çin Silahlı Qüvvələri onun bir sıra məhsullarının əsas istehlakçılarındandır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video