Alternative content

03:44 23 Iyul 2019
ONLINE XƏBƏR LENTİ
02:23 23.07.2019 144 illik şərəfli yol
02:11 23.07.2019 Əsir Ağdam məscidi
02:09 23.07.2019 Ağdamda nəyim qaldı...
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Tramp KXDR-ə qarşı sanksiyaların müddətini uzatdı
Tramp KXDR-ə qarşı sanksiyaların müddətini uzatdı
ANA SƏHİFƏ / DÜNYA
12:59 22.06.2019


ABŞ Prezidenti Donald Tramp Şimali Koreyaya qarşı məhdudlaşdırıcı tədbirlərin müddətini bir il uzatmışdır. Bu barədə Ağ evin rəsmi saytı xəbər verir.

Sanksiyaların uzadılmasının səbəbi Koreya yarımadasında nüvə silahının "mövcudluğu və yayılması riski”, həmçinin Pxenyanın Birləşmiş Ştatların milli təhlükəsizliyinə, xarici siyasət və iqtisadiyyatına böyük təhlükə yaradan hərəkətləri və siyasəti olmuşdur. ABŞ-ın KXDR-ə münasibətdə iqtisadi sanksiyaları 1950-ci illərdə bəri qüvvədədir və daim uzadılır.

ABŞ-la Şimali Koreya arasında qarşılıqlı münasibətlərin gərgin olmasına baxmayaraq, iki ölkənin liderləri Donald Tramp və Kim Çen İn artıq iki dəfə sammit keçirmişlər. Onlar ilk dəfə ötən ilin iyununda Sinqapurda görüşmüşlər. İkinci sammit bu ilin fevralında Vyetnamın paytaxtı Hanoyda baş tutmuşdur. Amma Hanoyda danışıqlar yarımçıq qalmışdır, çünki tərəflər Şimali Koreyanın nüvəsizləşdirilməsi məsələsində sazişə gələ bilməmişdilər.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM