Alternative content

12:00 18 Iyul 2019
ONLINE XƏBƏR LENTİ
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Aparıcı Fransa universitetlərinin bakalavr və magistr diplomu UNEC-də
Aparıcı Fransa universitetlərinin bakalavr və magistr diplomu UNEC-də
ANA SƏHİFƏ / Təhsil
12:06 22.06.2019

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbə və magistrləri ikili diplom proqramı ilə Fransanın aparıcı universitetlərinin diplomunu əldə edə biləcəklər.

Fransanın ICD Beynəlxalq Biznes Məktəbi (Institut international du commerce et du développement)

Fransanın Paris şəhərində yerləşən Fransa və ABŞ-ın birgə təhsil müəssisəsi olan ICD Beynəlxalq Biznes Məktəbi marketinq, ticarət və biznesin inkişafı sahəsində ixtisaslaşmış beynəlxalq biznes məktəbidir. ICD Beynəlxalq Biznes Məktəbi ilə UNEC arasında ikili diplom proqramı müqaviləsi imzalanıb. Proqramda iştirak etmək üçün tələblər UNEC-də bakalavr pilləsi üzrə təhsillərinin ilk iki ilini müvəffəqiyyətlə başa vurmalı, təhsilin üçüncü ilində iki semestr müddətinə ICD-də təhsil almalı və dördüncü ili yenidən UNEC-ə qayıdaraq təhsillərini müvəffəqiyyətlə başa vurmalıdırlar. Bu halda tələbələr UNEC diplomu ilə yanaşı "Biznes" ixtisası üzrə ICD diplomunu da əldə edəcəklər. Təhsil ingilis dilindədir.

Fransanın Montpellier Universiteti

UNEC ilə Fransanın Montpellier Universiteti ilə birgə həyata keçirilən ikili diplom proqramı vasitəsilə UNEC-in magistrləri Montpellier universitetindən "Biznes inzibatçılığı” ixtisası üzrə magistr diplomu əldə edə biləcəklər. Tələbələr tədris ilinin birinci semestrini UNEC-də, 2-ci semestri isə Montpellier universitetində keçirəcəklər. Yekunda dissertasiya işi UNEC-də hər iki universitetin nümayəndələrindən ibarət münsiflər heyətinin qarşısında müdafiə edəcəklər. Proqramı uğurla başa vuran tələbələr UNEC diplomu ilə yanaşı, Montpellier Universitetinin diplomunu da əldə edəcəklər. Təhsil ingilis dilindədir.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM