22 Iyun 2019 01:10
551
İQTİSADİYYAT
A- A+

Qeyri-neft məhsullarının ixracı 20 faizdən çox artmışdır


Dövlət Statistika Komitəsinin yaydığı məlumatda bildirilir ki, bu ilin yanvar-aprel aylarında Azərbaycan dünyanın 161 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 97 ölkəyə məhsul ixrac, 151 ölkədən idxal olunmuşdur.

Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 4 ay ərzində ölkənin xarici ticarət dövriyyəsi 10 milyard 965,2 milyon, o cümlədən ixracın dəyəri 6 milyard 415,8 milyon, idxalın dəyəri 4 milyard 549,4 milyon dollar təşkil etmiş, nəticədə 1 milyard 866,4 milyon dollarlıq müsbət ticarət saldosu yaranmışdır. 2018-ci ilin yanvar-aprel ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 17,7, o cümlədən idxal 50,3, ixrac 1,9, real ifadədə isə dövriyyə 7,3, o cümlədən idxal 19,5, ixrac 1,4 faiz artmışdır.

Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən, ixracın 29,8 faizini İtaliyaya, 10,7 faizini Türkiyəyə, 7,8 faizini Çinə, 6,3 faizini İsrailə, 5,3 faizini Almaniyaya, 5,1 faizini İspaniyaya, 4,7 faizini Hindistana, 3,6 faizini Fransaya, 3,3 faizini Çexiyaya, 3,1 faizini Gürcüstana, 3 faizini Portuqaliyaya, 2,5 faizini Rusiyaya, 14,8 faizini digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil etmişdir.

Ölkəmizə idxal olunmuş məhsulların ümumi dəyərinin 16,2 faizi İsveçrə, 14,5 faizi Rusiya, 9,7 faizi Türkiyə, 8,3 faizi Çin, 5,3 faizi İran, 4,6 faizi Almaniya, 4,2 faizi ABŞ, 3,1 faizi Ukrayna, hər biri 2,8 faiz olmaqla İtaliya və Kanada, 2,7 faizi Avstraliya, 2,3 faizi Qazaxıstan, 23,5 faizi isə digər ölkələrin payına düşmüşdür.

Hesabat dövründə ölkədən 582,7 milyon dollarlıq qeyri-neft məhsulları ixrac edilmişdir ki, bu da 2018-ci ilin yanvar-aprel aylarına nisbətən faktiki qiymətlərlə 20,1, real ifadədə 14,4 faiz çoxdur. Qeyri-neft məhsulları üzrə ixracın dəyərində Rusiyaya (28,3 faiz), Türkiyəyə (25,4 faiz), Gürcüstana (10,7 faiz), İsveçrəyə (7,7 faiz), İtaliyaya (3,8 faiz), Yunanıstana (2,6 faiz), Ukraynaya (2,3 faiz), Çinə (2,1 faiz), İrana (2,0 faiz) və Almaniyaya (1,7 faiz) göndərilmiş malların payı daha üstün olmuşdur.

Yanvar-aprel aylarında ötən ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 32,7, təzə tərəvəz - 30,6, meyvə və tərəvəz şirələri - 38,6, meyvə və tərəvəz konservləri - 10, marqarin, qida üçün yararlı digər qarışıqlar - 4, pambıq ipliyi - 44,8, bentonit gili - 31 faiz, tütün - 2, pambıq lifi - 3,2, qara metallardan yarımfabrikatlar - 5,6 dəfə artmışdır.

İdxal üzrə isə bitki yağları 16,4, siqaret - 32,3, kərə yağı, digər süd yağları və pastaları - 4,8, polad prokatı - 10,3, mineral gübrələr - 12,5, rezin şinlər - 0,3, paltaryuyan maşınlar - 7,7, sement və sement klinkerləri - 30, məişət soyuducuları - 3,3 faiz azalmışdır.

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video