Alternative content

23:31 16 Iyul 2019
ONLINE XƏBƏR LENTİ
17:19 16.07.2019 Fransalı akademik tutuldu
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycanın elmi jurnalı 254 beynəlxalq nəşr arasında 10-cu yerdə qərarlaşıb
Azərbaycanın elmi jurnalı 254 beynəlxalq nəşr arasında 10-cu yerdə qərarlaşıb
ANA SƏHİFƏ / Elm və texnika
01:06 22.06.2019


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Bakı Dövlət Universitetinin birgə təsis etdiyi "Applied and Computational Mathematics” ("Tətbiqi və Hesablama Riyaziyyatı”) beynəlxalq elmi jurnalı 254 beynəlxalq nəşr arasında 10-cu yerdə qərarlaşıb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, dünyanın ən mötəbər elmi-analitik informasiya bazalarından olan "Clarivate Analytics” (əvvəllər "Thomson Reuters”) 2019-cu il üçün illik hesabatını açıqlayıb. Hesabat ötən dövr üçün sözügedən bazanın siyahısında olan yenilikləri, siyahıya daxil olan və xaric edilən elmi jurnallar, onların impakt faktorlarının (keyfiyyət dərəcəsi) dinamikası haqqında məlumatı əks etdirir. Agentliyin son hesabatına əsasən, Azərbaycanda dərc olunan "Applied and Computational Mathematics” beynəlxalq elmi jurnalının təsir əmsalı 2,365-dən qalxaraq 3,16-ya bərabər olub, yəni jurnal 19-cu yerdən 10-cu yerə yüksəlib.

Jurnalın baş redaktoru akademik Fikrət Əliyev bildirib ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə BDU-nun Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutunda dərc olunan bu jurnal Azərbaycan elm tarixində ilk və yeganə elmi nəşr olaraq 2008-ci ildə "Clarivate Analytics”in genişləndirilmiş siyahısında yer alıb.

Qeyd edək ki, bu göstərici (10-cu yer) Avropa ölkələri arasında 4-cü, keçmiş sovetlər birliyində birinci yeri təmin edir. Jurnalın bugünədək 44 nömrəsi çapdan çıxıb ki, bu nömrələrdə dünyanın 50-dən çox ölkəsini təmsil edən müəlliflərin 500-dək məqaləsi dərc olunub.

Jurnalda tətbiqi və hesablama riyaziyyatının müxtəlif sahələrinə aid yüksəksəviyyəli, əsaslı rəydən keçmiş elmi məqalələr çap edilir. Nəşr olunduğu 18 il ərzində jurnal 47 ölkədən 250-dən çox elmi müəssisə ilə mübadilə həyata keçirib.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM