22 Iyun 2019 01:01
669
İQTİSADİYYAT
A- A+

Tutu yeyin doyunca...


Azərbaycanın hansı kəndində, şəhərində böyüməyimizdən asılı olmayaraq, budaqlarını əyib, yaxud silkələyib şirin meyvələrini ləzzətlə yediyimiz tut ağacı ilə bağlı bəlkə də hər birimizin uşaqlıq xatirələri var.

Tut ağacı Gəncədə, Şəkidə, Naxçıvanda, Abşeron bağlarında, həm aran, həm dağ bölgələrində, bir sözlə, demək olar ki, yurdumuzun başqan-başa hər yerində bitir. Sadəcə olaraq, ayrı-ayrı məkanlarda ağaclar növünə - böyüklüyünə-kiçikliyinə, meyvələrinin rənginə, iriliyinə-xırdalığına, dadına görə bir-birindən fərqlənir. Bu ağacların barı ağ tut, qara tut, xar tut və s. kimi tanınır. Başqa sözlə, vətəni Çin və Yaponiya olsa da, tut ağacı Azərbaycan torpağında dərin kök atıb və qədim zamanlardan becərilir.

Tutu dərdlər dərmanı, yaralar məlhəmi adlandırırlar. Bu meyvədən həqiqətən də qanazlığında, maddələr mübadiləsinin bərpasında, öd yolları xəstəliyində, piylənmənin nizamlanmasında və digər xəstəliklərdə müalicə vasitəsi kimi istifadə olunur. Xalq təbabətində tuta geniş yer verilir. Onun yarpaqlarının dəmləmələri diş ağrısında ağrıkəsici, soyuqdəymədə hərarətsalıcı kimi işlədilir.

Tut nadir ağacdır ki, onun təkcə meyvəsi deyil, yarpağı, budağı, oduncağı da çox qiymətlidir. Məsələn, ipəkqurdu yalnız tut yarpağı ilə qidalanır. Tutun qurumuş budaqlarının təndirdə və manqalda əvəzi yoxdur. Tut ağacından bir sıra məişət əşyaları - ət döymək üçün toxmaq, təhnə, xəlbir və ələyin sağanağı və s. hazırlanır.

Tutun meyvəsi adətən təzə halda yeyilir. Bununla belə, tutdan mürəbbə bişirir, meyvələrini qurudub qışa tədarük edirlər. Doşabı isə bir çox dərdlərin dərmanıdır.

"Doşab almışdıq, bal çıxdı”, "Tut yemədim doyunca” və folklorumuzda tutla bağlı digər deyimlərin təkcə məcazi deyil, həm də birbaşa mənası var. Yəni yaxşı doşabın dəyəri heç də baldan əskik deyil. Yaxud tutu doyunca yeməmək yalnız təəssüf doğuran haldır, çünki onun faydası çoxdur. Ona görə də tutu sevin, doyunca yeyin.

"Azərbaycan”

Foto Fərman BAĞIROVUNDUR

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video