Alternative content

07:56 19 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
00:31 19.11.2019 Bir əsrin xəzinəsi
16:22 18.11.2019 Kabildə terror aktı
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Rusiya və ABŞ Gürcüstandakı hadisələrlə bağlı vətəndaşlarına xəbərdarlıq edib
Rusiya və ABŞ Gürcüstandakı hadisələrlə bağlı vətəndaşlarına xəbərdarlıq edib
ANA SƏHİFƏ / DÜNYA
22:45 21.06.2019

Gürcüstan paytaxtı Tbilisidə iki gündür davam edən etiraz aksiyaları və qarşıdurmalar xarici dövlətləri narahat edib.

AZƏRTAC xəbər verir ki, artıq Rusiya və ABŞ öz vətəndaşlarına müraciət edərək Gürcüstana mümkün qədər az səfər etməyi və mitinqlərin keçirildiyi yerlərdən uzaq olmağı məsləhət görüb.

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının bugünkü iclasında Gürcüstanda baş verən prosesləri müzakirə edib. İclas iştirakçıları Gürcüstan paytaxtında baş verənləri antiRusiya qüvvələrin təxribatı adlandırıb və bundan narahatlıqlarını ifadə ediblər.

İclasda Rusiya Xarici İşlər Nazirliyinə tapşırıq verilib ki, Gürcüstana getmək istəyən və hazırda Tbilisidə olan rusiyalı turistlər mövcud təhlükə barədə məlumatlandırılsın.

ABŞ-ın Gürcüstandakı səfirliyi də Amerika vətəndaşlarına xəbərdarlıq edib. Səfirlik öz vətəndaşlarını iyunun 21-23-də keçirilən aksiyalardan uzaq durmağı, həmçinin imkan daxilində kənar, təhlükəsiz yerlərə getməyi məsləhət görüb.

Səfirlik iyunun 20-də ictimai asayişin və sabitliyin ciddi şəkildə pozulmasından, polisin rezin güllələr, su şırnağı və gözyaşardıcı qaz tətbiq etməklə aksiyanı dağıtmasından ciddi narahat olduğunu bəyan edir. Bildirilir ki, aksiyalar davam edir. Bundan başqa, həftə sonu "LQBT-prayd həftəsi” çərçivəsində bəzi yerlərdə aksiyaların keçiriləcəyi gözlənilir. AntiAmerika qüvvələrin bizim vətəndaşlarımıza ciddi xəsarət yetirməsi ehtimalı böyükdür. Ona görə də səfirlik vətəndaşlardan mümkün qədər aksiya keçirilən yerlərdən uzaq olmağa çağırır.

Böyük Britaniyanın Gürcüstandakı səfiri Djastin Makkenzi də Tbilisidə baş verənlər barədə öz "Tvitter” səhifəsində yazıb. Diplomat baş verənlərdən narahat olduğunu bildirib, tərəfləri sabitliyə dəvət edib.

Səfir güc tətbiq olunması ilə bağlı bütün siyasi qüvvələrin məsuliyyət daşıdığını bildirib.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM