21 Iyun 2019 22:44
398
CƏMİYYƏT
A- A+

Təhlükəsizlik Şurası silahlı münaqişələr şəraitində əlillərin müdafiəsinə dair qətnamə qəbul edib



AZƏRTAC BMT-nin saytına istinadla xəbər verir ki, BMT Təhlükəsizlik Şurasının üzvləri silahlı münaqişələr şəraitində əlillərin müdafiəsinə dair qətnamə qəbul ediblər. Hərbi əməliyyatlar zamanı fiziki imkanları məhdud olan insanların təhlükəsizliyinin təmin edilməsinin və hüquqlarının müdafiəsinin vacibliyi dünya birliyi tərəfindən artıq çoxdan müzakirə olunur. Axı belə insanlar müharibə qarşısında xüsusilə acizdirlər.

Sağlam insanlardan fərqli olaraq, əlillərin bəzən evdən çıxmaq, humanitar yardımın paylandığı məntəqələrə getmək, atəş və aviazərbələr vaxtı gizlənmək, vaxtında təxliyə olunmaq imkanları olmadığı üçün humanitar yardımdan, habelə dinclik dövründə aldıqları sosial yardımdan məhrum olurlar.

Sənəddə Təhlükəsizlik Şurasının üzvləri silahlı münaqişənin bütün tərəflərini yardıma ehtiyacı olan bütün insanlara vaxtında təhlükəsiz və maneəsiz humanitar yardım göstərməyə çağırırlar. Onlar, həmçinin ölkələrə tövsiyə edirlər ki, əlillərin səhiyyə, təhsil və nəqliyyat kimi sahələrin xidmətlərindən başqa insanlarla bərabər səviyyədə istifadə etmələri üçün zəruri tədbirlər görsünlər.

Serebral iflicdən əziyyət çəkən vətəndaş fəalı Nucin Mustafa bu ilin aprelində BMT TŞ-də çıxış edib. O, Şura üzvlərinə Suriyanın üzləşdiyi müharibədə əlillərin problemlərindən danışıb.

Nucin deyib: "Biz lifti olmayan çoxmərtəbəli binada yaşayırdıq. Fövqəladə hallarda doğmalarım məni beşinci mərtəbədən düşürməli idi. Mən ailə üzvlərimin mənim üzümdən həlak olmasında qorxurdum. Qardaşım bizi canlı ölülər adlandırırdı”.

Nucinin hətta əlil arabası olmayıb. Ölkəni tərk etməyi qərara almış qohumları onu sözün həqiqi mənasında əllərində daşıyıb. Nucin hesab edir ki, bir çox məhdud fiziki imkanlı insandan fərqli olaraq onun bəxti gətirib.

O deyib: "Qadın əlillərin vəziyyəti xüsusilə ağırdır. Məsələn, kişi öz dostundan yardım istəyə bilər, lakin Suriya cəmiyyətində qadın bunu edə bilmir. Yəni, onun yaxın qohumları arasında kişi yoxdursa, başqa kişidən yardım istəyə bilməz”.

Qətnamədə deyilir: "Təhlükəsizlik Şurası təkidlə üzv dövlətləri əlillərə münasibətdə ayrı-seçkiliyin aradan qaldırılması və silahlı münaqişə vəziyyətlərində onların marginallaşdırılmasının qarşısının alınması üçün zəruri tədbirlər görməyə çağırır”.

Şura üzvləri ölkələri Əlillərin Hüquqları haqqında Konvensiya çərçivəsində öz öhdəliklərini yerinə yetirməyə də çağırıblar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video