21 Iyun 2019 22:32
409
SİYASƏT
A- A+

Baş leytenant Vüsal Ağalarov: Hərbi qulluqçuların sosial təminatı Ali Baş Komandanımızın diqqət mərkəzindədir


Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev hər zaman cəmiyyətdə bütün kateqoriyadan olan təbəqələrə, o cümlədən hərbi qulluqçulara diqqət və qayğı göstərir.

Bunu müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin zabiti, baş leytenant Vüsal Ağalarov AZƏRTAC-a müsahibəsində deyib.

Vüsal Ağalarov bildirib: "Dövlətimizin başçısının Müdafiə Nazirliyinin hərbi qulluqçularının vəzifə maaşlarının artırılması haqqında Sərəncamı sübut edir ki, biz hərbi qulluqçuların və ailələrimizin sosial təminatı Ali Baş Komandanımızın diqqət mərkəzindədir. Bizi sevindirən odur ki, dövlətimiz, o cümlədən qüdrətli, dünyanın aparıcı dövlətlərinin Silahlı Qüvvələri ilə rəqabət aparmaq gücündə olan ordumuz gündən-günə inkişaf edir, güclənir. Aprel döyüşləri, Günnüt zəfəri, ötən il keçirilən hərbi paradlar bu inkişafın, tərəqqinin bariz sübutudur. Biz hərbi qulluqçular, həmçinin ailə üzvlərimiz inkişafı, tərəqqini, eyni zamanda, dövlətimizin başçısı tərəfindən bu münasibəti gördükcə qürur hissi keçiririk”.

Zabit qeyd edib ki, bu gün bütün hərbi qulluqçuların maddi rifah halı yüksəlib. Aparılan islahatlar, atılan addımlar ordumuzun döyüş hazırlığının yüksəldilməsinə və torpaqlarımızın işğaldan azad olunmasına xidmət edir. Düşünürəm ki, biz də bilik və bacarığımızdan, təcrübəmizdən istifadə edərək Ali Baş Komandanımızın etimadını doğruldacaq, ordumuzun güclənməsinə töhfəmizi verəcək, xalqımıza Böyük Qələbə sevincini yaşadacağıq.

"Bu gün Azərbaycan dövlətinin, Silahlı Qüvvələrin qarşısında duran ən vacib məsələ Qarabağ probleminin həll olunması, torpaqlarımızın işğaldan azad edilməsidir. Münaqişə ədalətli həllini tapanda, tarixi torpaqlarımız işğaldan azad olunanda yanan qəlbimizə su səpiləcək, şəhidlərimizin ruhu rahatlıq tapacaq. Xalqımız inanır ki, tezliklə Azərbaycan Ordusu bu tarixi nailiyyəti əldə edəcək, Azərbaycanın üçrəngli bayrağını Ağdamda, Xankəndidə, Şuşada... dalğalandıracaq. Vətənini, torpağını, xalqını sevən Prezidentimizlə, Ali Baş Komandanımızla xalqımıza, millətimizə, dövlətimizə qələbə sevinci bəxş edəcəyimizə inanırıq.

Mən bir daha müvafiq Sərəncama görə, Ali Baş Komandan İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm. Azərbaycan Ordusunun hərbi qulluqçularına göstərdiyi diqqət və qayğıya, sosial təminatımızla, yaxşı yaşamağımızla bağlı gördüyü bütün işlərə görə dərindən təşəkkür edirəm”,- deyə Vüsal Ağalarov vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video