21 Iyun 2019 19:25
446
SİYASƏT
A- A+

Leytenant Asim Hüseynli: Ali Baş Komandanımız tərəfindən Vətən keşikçilərinə yüksək diqqət və qayğı göstərilir


Bir zabit kimi ölkəmizdə ordu quruculuğunun hər zaman prioritet məsələ olduğunu, Ali Baş Komandanımız tərəfindən Vətən keşikçilərinə yüksək diqqət və qayğı göstərildiyini, xalq tərəfindən ordu mənsublarına xüsusi rəğbət və hörmət bəsləndiyini hər an öz üzərimdə hiss edirəm.

Bunu Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin zabiti, leytenant Asim Hüseynli AZƏRTAC-a müsahibəsində deyib.

A.Hüseynli bildirib ki, biz Vətən qoruyucuları, Vətənini cani-könüldən sevən, göz bəbəyi kimi qoruyan insanlarıq. Seçdiyimiz şərəfli peşəyə ürəkdən bağlıyıq. Hamımız Vətənə və torpağa sevgi, düşmənə nifrət hissi ilə xidmət edirik. Bu müqəddəs yolda canımızı sevə-sevə verməyə hər an hazırıq. Düzdür, biz Vətənimizi qarşılıqsız sevirik. Lakin hər bir işdə insan öz əməyinə qiymət verildiyini görəndə daha da ruhlanır, daha da yaxşısını etməyə çalışır. Bunlarla yanaşı, sosial rifahımızın yaxşılaşdırılması istiqamətində xeyli işlər görüldüyünün də hamı şahididir. Bir sözlə, ölkəmizin beynəlxalq aləmdə artan nüfuzu ölkədəki ordu quruculuğu işində də özünü göstərir. Prezidentimiz tərəfindən orduya göstərilən diqqətin nəticəsidir ki, ordu quruculuğu işində aparılan islahatlar, vaxtında və yüksək səviyyədə həyata keçirilən tədbirlər ordumuzda zəruri irəliləyişlərin əldə olunması üçün stimul rolunu oynayır. Sosial-məişət şəraitimizin daim yaxşılaşdırılması, yeni və müasir silah-texnika ilə təmin olunmağımız, aylıq vəzifə maaşlarımızın dəfələrlə artırılması, sağlamlığımızın daim diqqətdə saxlanılması, yeni hərbi şəhərciklərin, daimi və xidməti mənzillərin istifadəyə verilməsi ordu sıralarında xidmət edən hər bir şəxsin mənəvi-psixoloji durumunun yüksək olmasında müsbət rol oynayır. Ordumuz dünyaya səs salan Aprel və Günnüt qələbələri ilə bir daha sübut etdi ki, müasir silah və texnika ilə təchizatla yanaşı, şəxsi heyətin döyüş ruhu da yüksəkdir.

Leytenant qeyd edib: "Bir neçə gün bundan əvvəl dövlətimizin başçısının əməkhaqlarının artırılması ilə bağlı imzaladığı Sərəncam hamı kimi məni də sevindirdi. Sosial-məişət şəraitimizin daha da yaxşılaşdırılması istiqamətində atılan bu addım həm iqtisadiyyatımızın artan gücünün göstəricisi, həm də Ali Baş Komandanımızın daim xalqın rifahı üçün çalışmasının, yürütdüyü uğurlu daxili və xarici siyasətin yalnız bir istiqamətə - əhalinin yaşayış səviyyəsinin yüksəldilməsinə xidmət etməsinin bariz nümunəsidir. Həm bir vətəndaş, həm də Ali Baş Komandanın əsgəri kimi bütün silahdaşlarım adından Prezidentimizə dərin minnətdarlığımı bildirirəm. Hər birimiz dərindən dərk edirik ki, bu qayğı, əlbəttə, böyük tələb və etimadla müşayiət olunur. Odur ki, gecə-gündüz əldə silah yurdumuzun keşiyində inamla dayanır, Ali Baş Komandanımızın və xalqımızın etimadını doğrultmaq üçün əlimizdən gələni edir, ölkənin işıqlı sabahı və bütövlüyü naminə döyüş hazırlığımızı daim artırırıq. Bundan sonra da hər birimiz xidmətimizdə daha məsuliyyətli olacaq, uğurlu xidmətimizlə göstərilən inamı doğruldacağıq”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video