21 Iyun 2019 19:23
718
İDMAN
A- A+

“Minsk 2019”un birinci günündə Azərbaycanın dörd idmançısı mübarizə aparıb


İyunun 21-də - Minskdə keçirilən ikinci Avropa Oyunlarının birinci günündə Azərbaycanın dörd idmançısı mübarizə aparıb.

AZƏRTAC xəbər verir ki, kişi boksçuların mübarizəsində Tayfur Əliyev (56 kq), Rahil Məmmədli (91 kq) və Məhəmməd Abdullayev (+91 kq) rinqə çıxıblar. Kamandan oxatma yarışında isə ölkəmizin yeganə təmsilçisi Ozay Qasımova mübarizəyə qoşulub.

Boksçularımızdan ilk olaraq Tayfur Əliyev (56 kq) rinqə çıxıb. O, onaltıdabir finalda bolqarıstanlı Boyan Asenova 3:2 hesabı ilə qalib gəlib.

Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov, Gənclər və İdman naziri Azad Rəhimov, Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Süleyman Mikayılov və nümayəndə heyətimizin üzvləri boksçumuzun qarşılaşmasına baxıblar.

Səkkizdəbir finalda Tayfur Əliyevin rəqibi ukraynalı Mikola Butsenko olacaq. Həmin qarşılaşma iyunun 24-də keçiriləcək.

Oyunların birinci günündə rinqə çıxan digər iki boksçumuz Rahil Məmmədli (91 kq) və Məhəmməd Abdullayev (+91 kq) da Bolqarıstan idmançıları ilə qarşılaşıblar. Hər iki idmançımız ilk görüşdə rəqiblərinə uduzublar.

Ozay Qasımova klassik kamandan oxatma üzrə reytinq yarışında 586 xal toplayıb. İdmançımız bu nəticə ilə otuzikidəbir finala vəsiqə qazanıb. O, iyunun 25-də otuzikidəbir finalda Almaniya təmsilçisi Elena Rixter ilə qarşılaşacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video