21 Iyun 2019 18:40
570
İQTİSADİYYAT
A- A+

Gömrük Komitəsində Çin nümayəndə heyəti ilə görüş keçirilib


İyunun 21-də Dövlət Gömrük Komitəsində (DGK) "Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində Çin Xalq Respublikasının (ÇXR) İnkişaf və İslahatlar üzrə Dövlət Komitəsinin infrastruktur inkişafı Departamentinin nümayəndə heyəti ilə görüş keçirilib.

Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə DGK sədrinin müavini, gömrük xidməti general-mayoru Cavad Qasımov ölkələrimiz arasında əməkdaşlıq münasibətlərindən, beynəlxalq ticarətin inkişafında "İpək Yolu” layihəsinin əhəmiyyətindən, Prezident İlham Əliyevin Çinə səfəri zamanı aparılan müzakirələrin bu sahədəki rolundan danışıb.

Avropa ilə Asiya arasında tranzitin inkişafında, malların və nəqliyyat vasitələrinin qısa vaxt ərzində, az məsrəflə daşınmasında Azərbaycan üzərindən keçən nəqliyyat dəhlizlərinin xüsusi rola malik olduğunu bildirən C.Qasımov ölkəmizin gömrük orqanlarının bu istiqamətdə atdığı addımlardan bəhs edib. Komitə sədrinin müavini gömrük sistemində aparılan islahatlar, tətbiq edilən yeniliklər barədə də qonaqlara ətraflı məlumat verib, iki ölkənin gömrük orqanları arasında məlumat və təcrübə mübadiləsinin gücləndirilməsinin tranzitin inkişafına müsbət təsir göstərəcəyini diqqətə çatdırıb.

Daha sonra Çinin İnkişaf və İslahatlar üzrə Dövlət Komitəsinin infrastruktur inkişafı Departamentinin direktor müavini Ma Tsyan iki ölkə arasındakı mövcud dostluq münasibətlərindən, "Bir kəmər, bir yol” təşəbbüsünün əhəmiyyətindən, Prezident İlham Əliyevin bu ilin apreldə Çinə səfərindən məmnunluqla bəhs edib.

M.Tsyan ölkəmizə səfərinin əsas məqsədinin Asiya ilə Avropa arasındakı nəqliyyat dəhlizinin mövcud vəziyyətini, potensialını və bu dəhlizin inkişafı üçün hansı tədbirlərin həyata keçirilməsinin vacibliyini öyrənmək olduğunu bildirib. Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı ilə bağlı təəssüratlarını bölüşən qonaq Azərbaycanın Asiya ilə Avropa arasındakı nəqliyyat dəhlizi üzərində ən mühüm ölkə olduğunu vurğulayıb, ölkələrimiz arasında əməkdaşlığın inkişafı üçün səylərini gücləndirəcəklərini qeyd edib.

Görüşdə, eyni zamanda, gələcək əməkdaşlıq, işçi qruplar arasındakı əlaqələrin daha da gücləndirilməsi və digər məsələlər də müzakirə olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video