21 Iyun 2019 17:28
489
SİYASƏT
A- A+

Azərbaycan zabiti Rusiya Ümumqoşun Akademiyasını qızıl medalla bitirib


İyunun 21-də Moskvada Quru Qoşunlarının Hərbi Tədris-Elmi Mərkəzinin Rusiya Federasiyası Silahlı Qüvvələri Ümumqoşun Akademiyası dinləyicilərinin növbəti buraxılış mərasimi keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Ordusunun zabiti, polkovnik-leytenant Babək Ramaldanov bu il ali hərbi təhsil müəssisəsini fərqlənmə ilə bitirərək magistr diplomu və qızıl medal alıb. Ona Dövlət imtahan komissiyasının qərarı ilə "magistr” dərəcəsi verilib.

Qeyd edək ki, Rusiya Federasiyası Silahlı Qüvvələri Ümumqoşun Akademiyasında (keçmiş Frunze adına Hərbi Akademiya) hərbi kadrların hazırlığı 14 magistratura və 74 əlavə ixtisas təhsili proqramı üzrə həyata keçirilir. Bu təhsil müəssisəsində 20-dən artıq ölkədən 200-dən çox xarici hərbi qulluqçu təhsil alır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video