21 Iyun 2019 16:28
662
İQTİSADİYYAT
A- A+

Bakıda orqanik məhsullar festivalı keçirilir


İyunun 21-dən Bakıda Dənizkənarı Milli Parkda orqanik məhsullar festivalı ("Organic Food Festival 2019”) keçirilir.

AZƏRTAC xəbər verir ki, ilk dəfə keçirilən qida sərgisi iyunun 23-dək davam edəcək. Festivalda 50-dən çox şirkətin 150-dək məhsul və xidmətləri təqdim olunur. Məqsəd həm istehsalçılar, həm də istehlakçılar arasında orqanik qidanı təbliğ və təşviq etməkdir.

Tədbirin təşkilatları Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Dövlət Aqrar Ticarət Şirkətidir.

ASK-nın vitse-prezidenti Vüqar Zeynalov bildirib ki, ilk dəfədir ki, orqanik qida festivalı keçirilir. Konfederasiyanın əsas məqsədi Azərbaycanda mövcud olan orqanik qida məhsullarının istehsalını daha da təşviq edilməsi və genişləndirilməsidir.

O bildirib ki, bu gün dünyada mövcud olan bir tendensiya var, zaman-zaman istehsalçılar məhsuldarlığı artırmaq üçün qida məhsullarının istehsalı üçün müddəti qısaltmaq üçün bir çox kimyəvi qatqılardan, sintetik maddələrdən istifadə ediblər. Hazırda isə dünyada orqanik qida istehsalı 80 milyard dollara yaxındır. İlk yerləri ABŞ və Avropa İttifaqı tutur. Hazırda sertifikatlaşdırılmış orqanik torpaqların inkişafı üçün Uruqvay və Hindistanda bu tendensiya çox geniş vüsət alır.

"ASK-nın bu sahədə böyük fəaliyyəti var. Azərbaycanda orqanik gübrələrin istehsalının inkişafını genişləndirmək məqsədilə konfederasiyanın tərkibində Aqrar İnkişaf Komissiyasında müzakirələr aparmışıq. Hazırda onlar təkcə Abşeron yarımadası ərazisində istehsal olunur”, - deyə V.Zeynalov bildirib.

Daha sonra BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycan ofisinin rəhbəri Mələk Çakmak çıxış edərək təmsil etdiyi qurumun ərzaq və qida təhlükəsizliyinə, sağlam qidaya əlçatanlığına önəm verdiyini diqqətə çatdırıb: "Pestisidlər düzgün istifadə edirlərsə dünyada qida əlçatan olacaq. Azərbaycanın ixrac yolu ilə dünyanın qida təhlükəsizliyi üçün görəcəyi işlər var. Əminəm ki, ölkədə orqanik kənd təsərrüfatı lazımi qədər inkişaf edəcək".

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin aparat rəhbəri Şamil Süleymanlı, Dövlət Aqrar Ticarət Şirkətinin direktor müavini Sərxan Sərxanov, "ABAD”ın direktoru Rüfət Elçiyev və digər çıxışçılar bildiriblər ki, Azərbaycanda orqanik qida festivalının keçirilməsi çox mühüm bir addımdır.

Sonda festivalda iştirak edən tərəfdaşlara mükafatlar təqdim olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video