21 Iyun 2019 14:27
295
CƏMİYYƏT
A- A+

Qazaxıstan Sərhəd Xidmətinin nümayəndə heyəti “Sarbaz” sərhəd gözətçi gəmisi ilə Azərbaycana səfər edib


Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti (DSX) ilə Qazaxıstan Respublikası Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidməti arasında 2019-cu il üçün təsdiq edilmiş Tədbirlər Planına müvafiq olaraq, əməkdaşlıq əlaqələri uğurla davam etdirilir.

DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, birgə əməkdaşlıq çərçivəsində iyunun 19-21-də Qazaxıstan Respublikasının Milli Təhlükəsizlik Komitəsi Sərhəd Xidmətinin Regional Sahil Mühafizəsinin idarə rəisi, polkovnik Alibek Kayupovun rəhbərlik etdiyi nümayəndə heyəti "Sarbaz” sərhəd gözətçi gəmisi ilə Azərbaycana dostluq səfəri edib.

Səfər zamanı tərəflər arasında ikitərəfli əlaqələrin inkişafına dair fikir mübadiləsi aparılıb, Xəzər dənizində sərhəd təhlükəsizliyinin təmin edilməsi, birgə əməliyyat-profilaktik tədbirlərinin keçirilməsi, bioloji resursların qorunması, qanunsuz fəaliyyətlərə qarşı mübarizə sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.

Həmçinin səfər müddətində "Sərhədçi” İdman Olimpiya Mərkəzində Azərbaycan və Qazaxıstan Sahil mühafizələrinin əməkdaşları arasında futbol üzrə yoldaşlıq görüşü keçirilib, qarşılıqlı olaraq tərəflərin sərhəd gözətçi gəmiləri ziyarət edilib.

Qonaqlar Bakının mədəni-tarixi abidələri, "İçərişəhər”, "Qız qalası”, "Atəşgah” və "Qala” muzeyləri ilə tanış olublar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video