Alternative content

01:31 16 Dekabr 2019
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Turşəng: çiy də faydalıdır, bişmiş də..
Turşəng: çiy də faydalıdır, bişmiş də..
ANA SƏHİFƏ / Səhiyyə
14:24 21.06.2019

Özünəməxsus turş dada malik olan turşəng el arasında quzuqulağı kimi də tanınır. Əsasən çiy yeyilsə də, ondan bir sıra xörək və salatların hazırlanmasında istifadə edilir. Kəpənəklər turşəngin üstünə yumurta qoyur, yumurtadan balalar çıxır və onlar turşənglə qidalanırlar. Kəpənək həmin bitkini iyinə görə tapır.

AZƏRTAC tibbi saytlara istinadla xəbər verir ki, yazın ilk aylarında orqanizmin vitamin və minerallara ehtiyacı olan vaxtlarda turşəng çox faydalıdır. Yoğun bağırsağın selikli qişasını qıcıqlandıraraq peristaltikanı artırır, qəbizlik zamanı faydalı təsir göstərir. C vitamini çatışmazlığı nəticəsində ağızda və diş ətində yaranan yaralar zamanı turşəng olduqca faydalıdır. Xüsusilə yaşıl yarpaqların tərkibində olan yüksək miqdarda C vitamini həmin problemləri aradan qaldırır.

Turşəng yarpaqları qaraciyərdə öd əmələgəlməni stimulyasiya edir, ödü durulaşdırır və xaric olmasını asanlaşdırır, həmçinin həzm vəzlərinin işini yaxşılaşdıraraq həzmi, xüsusilə də yağların parçalanmasını asanlaşdırır. Mədə-bağırsaq sisteminin xəstəliklərində dəmləmə və bişirmə şəklində istifadə edilir. Bundan başqa ağrıkəsici, yarasağaldıcı, antitoksik, allergik, iltihabəleyhinə təsir göstərir, dəridə olan qaşınma və səpgiləri aradan qaldırır.

Tərkibində K vitamini olduğuna görə qanaxmaya meyillik olan bəzi xəstəliklərdə, klimakterik, düz bağırsaq və ağciyər qanaxmalarında yaxşı nəticə verir.

100 qram çiy turşəng yarpaqlarının enerji dəyəri 22 kilokalori, bişmiş halda isə 20 kilokaloridir. Həmin xüsusiyyətinə görə turşəng pəhriz menyularına əlavə edilə bilər. Lakin onu da qeyd etmək lazımdır ki, turşəngin həddindən artıq qəbul edilməsi orqanizmdə maddələr mübadiləsini çətinləşdirir, böyrəklərin funksiyasını pozur, osteoporoz, böyrək daşı və podaqra xəstəliklərinin ağırlaşmasına səbəb olur. Turşəngin çox qəbul edilməsi böyrəklərdə oksalat daşlarının yaranmasına səbəb ola bilər. Onun qarşısını almaq üçün həmin göyərtini tərkibində kalsium olan qatıq, süd və kefir kimi qidalarla birgə qəbul etmək lazımdır, çünki turşəng turşusu bağırsaqlarda kalsiumla birləşərək çətin həll olunan və çətin sorulan birləşmələr yaradır, zərər vermədən orqanizmdən xaric olur. Orqanizmdən oksalat duzlarının xaric olmasını asanlaşdırmaq üçün alma sirkəsi qəbul etmək də məsləhətdir.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM