21 Iyun 2019 13:29
576
CƏMİYYƏT
A- A+

Naxçıvan bağlarından yığılan meyvələr hərbi hissələrə təhvil verilir


Muxtar respublikadakı ordu, birləşmə və hissələr hərtərəfli təminata, ən müasir silah-sursata və peşəkar şəxsi heyətə malikdir. Ordumuzun qüdrətini artıran mühüm amillərdən biri də xalq-ordu birliyidir. Naxçıvan Muxtar Respublikasında bu məsələ daim diqqətdə saxlanılır, ardıcıl tədbirlər həyata keçirilir. Muxtar respublika əhalisinin, dövlət qurumlarının, müəssisə və təşkilatların, ayrı-ayrı sahibkarlıq subyektlərinin əlamətdar və bayram günləri ərəfəsində hərbi hissələrə sovqat aparmaları şəxsi heyət tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanır.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu ənənə 26 İyun – Silahlı Qüvvələr Günü ərəfəsində də davam etdirilir. Belə ki, muxtar respublikanın nazirlik, idarə, müəssisə və təşkilatları tərəfindən meyvə bağlarından yığılan məhsulun bir hissəsi hərbi hissələrə təhvil verilir.

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə, ümumilikdə, 1 tondan artıq ərik, alma, alça muxtar respublikanın Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Alayına aparılıb.

Şərur Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə idarə, müəssisə və təşkilatların kollektivlərinin rayondakı meyvə bağlarından yığdıqları 25 ton, Babək rayonundan isə 5 ton alma, ərik, alça, gilas, gilənar Naxçıvan şəhərindəki hərbi hissəyə təqdim edilib.

Bununla yanaşı, Kəngərli və Sədərək rayon sakinləri də hərbçilərə, ümumilikdə, 7 ton meyvə sovqatı göndəriblər. Culfa rayonunda isə hərbi hissə üçün meyvə bağlarından 1 tondan artıq məhsul toplanılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video