21 Iyun 2019 13:21
1769
PARLAMENT
A- A+

Bakıda QDİƏT Parlament Məclisi Baş Assambleyasının 53-cü iclası davam edir


İyunun 21-də Milli Məclisdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisi (QDİƏT PM) Baş Assambleyasının 53-cü plenar sessiyası öz işini davam etdirir.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini, QDİƏT Parlament Məclisindəki nümayəndə heyətinin rəhbəri Eldar Quliyev Azərbaycanın insan hüquqları sahəsində əldə etdiyi nailiyyətlərdən danışıb. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan E.Quliyev qeyd edib ki, Azərbaycan problemin sülh yolu ilə həllinin tərəfdarıdır. O, Ermənistanda girov saxlanılan Şahbaz Quliyev və Dilqəm Əsgərovun məsələsinə də toxunub. Bildirib ki, ermənilər işğal altında olan Azərbaycan ərazilərinə əzizlərinin məzarlarını ziyarətə gedən Azərbaycan vətəndaşlarından birini öldürüb, ikisini isə girov götürüb. Bütün bunlar bir daha göstərir ki, Ermənistan qeyri-konstruktiv mövqe nümayiş etdirir. Cəbhə bölgəsində atəşkəsin olmasına baxmayaraq, Azərbaycan itkilərə məruz qalır. Bu yaxınlarda iki hərbçimiz şəhid olub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video