21 Iyun 2019 13:10
361
SİYASƏT
A- A+

“Jewish Journal” nəşri: “Qərbdəki yəhudi icması təqiblərə məruz qalır”


Amerikada çıxan "Jewish Journal” nəşrində Azərbaycan Dağ Yəhudiləri İcmasının rəhbəri Melih Yevdayevin "Qərbdəki yəhudi icması təqiblərə məruz qalır” sərlövhəli məqaləsi dərc edilib.
AZƏRTAC xəbər verir ki, materialda yəhudilərin Qərbdə və digər ölkələrdə sıxışdırılmasından, ümumiyyətlə antisemitizmdən bəhs edilir.
Müəllif yazır ki, Qərbdə yaşayan yəhudilər nasist ölüm düşərgələrindən azad ediləndən 74 il keçməsinə baxmayaraq, hələ də son onilliklərlə müqayisədə daha ağır vəziyyətdədirlər. Bu şokdoğurucu fakt cari ilin may ayında Təl-Əviv Universitetindəki Kantor Mərkəzi tərəfindən dərc edilmiş yeni məruzədə öz əksini tapıb. Antisemitizmlə bağlı zorakılıqdan bəhs olunan bu məruzədə göstərilir ki, 2018-ci ildə antisemit zorakılıq nəticəsində öldürülmüş yəhudilərin sayı əvvəlki onilliklərdə hər hansı il üzrə müvafiq göstəricidən çox olub.

Məruzədə Avropa müxtəlif ölkələrində, o cümlədən Almaniya, Belçika və Fransada yəhudilərə tolerant münasibətin olmaması və antisemitizm faktları göstərilir. Ermənistanda da antisemitizm ənənələrindən bəhs edilir. M.Yevdayev yazır ki, Ermənistanın hakimiyyət orqanları nasist kollaborasionist general Qaregin Njdeni milli qəhrəman elan edib və ona abidə ucaldıblar. Bundan əlavə, Yerevanda bir meydana və bir metro stansiyasına Njdenin adı verilib, Ermənistan məktəblərində Njdenin "irsi” şagirdlərə tədris edilir.

Vermaxtın bədnam "Erməni liqası”nın komandirlərindən biri olmuş Njde nasistlərlə əməkdaşlıq edib. Bu bölmə Krımda, Qafqazda və Fransanın cənubunda vuruşub. Törətdiyi hərbi cinayətlərə və nasistlərlə əməkdaşlıq etdiyinə görə Njde sovet məhkəməsi tərəfindən 25 il həbs cəzasına məhkum olunmuşdu. Njdenin nasistlərlə əməkdaşlığı kimi, onun "siyasi nəzəriyyələri” də iyrənc idi.

Nasist həmkarlarının ari irqinin üstünlüyü barədə nəzəriyyələrini təkrarlayan Njde insanları həqiqi millətçilərə və qarışıq qanlı adamlara bölürdü. Müəllif məqalənin sonunda yazır ki, kütləvi qətllər, çoxsaylı insanların qatillərinə heykəllər qoyulması, Hitlerin ideologiyasına oxşar siyasi nəzəriyyələr, hədə-qorxu sivil ölkələrə və sivil insanlara xas olan əlamətlər deyil.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video