21 Iyun 2019 13:03
409
CƏMİYYƏT
A- A+

Dövlətçilik tariximizdə ilk dəfə olaraq əməkhaqqı bir ildə iki dəfə artıb


Prezident İlham Əliyevin ölkədə sosial rifahın yüksəldilməsi üçün imzaladığı ikinci sosial islahatlar paketi miqyasına görə olduqca genişdir. Həyata keçirilən sosialyönümlü siyasət nəticəsində ölkəmizin iqtisadi potensialı artdıqca vətəndaşların həyat şəraiti yaxşılaşır, rifahı daha da yüksəlir. İkinci sosial paket əhaliyə gəlirlərini artırmağa şərait yaradacaq.

AZƏRTAC xəbər verir ki, Milli Məclisin deputatı Musa Quliyev minimum əməkhaqqının artırılması barədə deyib: "Ayrı-ayrı vaxtlarda ölkəmizdə minimum əməkhaqqı qaldırılıb. Lakin dövlətçilik tarixində ilk dəfə olaraq minimum əməkhaqqı bir ilin ərzində iki dəfədən çox artırılıb. Prezidentin Sərəncamından sonra minimum əməkhaqqının 250 manata çatdırılması onun alıcılıq qabiliyyətinə görə MDB məkanında ikinci yerə yüksəlməsinə səbəb olub. Bütövlükdə həmin sərəncamlar 2 milyondan çox vətəndaşın sosial rifahının yaxşılaşdırılmasına xidmət edəcək".

O, daha sonra deyib: "Orta təbəqə bütün dünyada ictimai-siyasi sabitliyin buferi sayılır. Hansı dövlətdə orta təbəqə böyükdürsə, orada uzun müddət sabitlik olur, narazılıq baş vermir, sosial ədalət daha çox təmin edilir. Qütbləşmə çox olanda isə istər iqtisadi, istərsə də sosial-siyasi böhranlar baş verir. Ölkə Prezidentinin son Sərəncamında minimum əməkhaqqının 250 manata qaldırılması əsasən az əməkhaqqı alan və orta səviyyədən aşağı yaşayanların sosial rifahının yaxşılaşdırılmasına hədəflənib. Minimum əməkhaqqının yüksəlməsi ilə orta təbəqənin sahəsi genişlənir və bu, sosial harmoniyanın, sosial ədalətin bariz şəkildə təmin olunmasına gətirib çıxarır".

"Son Sərəncamlardan sonra Azərbaycan dövlətçilik tarixində ilk dəfə olaraq minimum əməkhaqqı yaşayış minimumunu üstələdi və ondan yuxarı qalxdı", - deyə deputat fikrinə yekun vurub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video