21 Iyun 2019 02:10
521
SİYASƏT
A- A+

Gələcəyə hesablanan islahat


Son illər respublikamızda aparılan islahatlar cəmiyyətin inkişafına hesablanıb. Bu gün elə bir sahə yoxdur ki, orada irəliləyişə nail olunmasın. Artıq respublikamızda sosial-iqtisadi siyasət sahəsində qazanılan nailiyyətlər hər bir ölkə vətəndaşının ürəyincədir və hər kəs gələcək naminə hesablanan uğurlu addımları dəstəkləyir.

1992-ci ildən təhsil sahəsində çalışıram. Gənclərimiz məktəblərimizdə aldıqları təhsili aliləşdirir və elmi uğurlara imza atırlar. Savadlı şagird müəllimin uğurudur. Elmin, iqtisadiyyatın, ictimai və siyasi arenada təhsil verdiyimiz gənclərin müvəfəqiyyətləri biz müəllimlər üçün ən böyük sənət xoşbəxtliyidir.

Bizə qalır bircə öz işimizə məsuliyyəti artırmaq və etimadı doğrultmaq. Hər təhsil ili ərəfəsində Prezident İlham Əliyevin müəllimlərin sosial vəziyyətinin yaxşılaşdırması istiqamətində atdığı addımlar böyük müəllim ordusunun alqışına səbəb olur. Bu günlərdə ölkə rəhbərinin imzaladığı " Dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqqının artırılması haqqında” sərəncam tətilə hazırlaşan müəllimlərə sevinc yaşatdı. Bu artım müəllimlərin sosial müdafiəsini daha da gücləndirəcək. Müəllimə verilən qiymət, onun sosial vəziyyətini yaxşılaşdırmaq istiqamətindəki bu addım bizi yeni tədris ilində daha məsuliyyətli olmağa, göstərilən diqqət və qayğıya əməyimizlə cavab verməyə ruhlandırır.

Qalır ölkə başçısının etimadını doğrultmaq. O da hər bir müəllimin mənəvi borcudur.

Almara MƏMMƏDOVA,

Bakı şəhəri Yasamal rayonu 158 saylı tam orta məktəbin tarix müəllimi

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video