21 Iyun 2019 02:09
529
SİYASƏT
A- A+

Sərəncamlardan müəllimlər də məmnundurlar


Prezident İlham Əliyevin iyun ayının 18-də imzaladığı sərəncamlar çoxsaylı Azərbaycan vətəndaşları kimi, bizi də ürəkdən sevindirdi. Diaqnostik qiymətləndirmədən keçən şərəfli peşə sahibi olan müəllimlərin orta aylıq əməkhaqqının artırılması bütün kollektivimizin ürəyindən oldu.

Bir daha dövlət başçımızın daim vətəndaşın yanında olmasına, hər kəs kimi, çoxminli müəllimlər ordusunun da yaddan çıxmamasına əminliyimiz artdı.

Əsl reallığa gəlincə, verilən sərəncamlar bizim üçün heç də gözlənilməz olmadı. Çünki hörmətli Prezidentin hər zaman xalqın problemlərinin həlli barədə düşündüyünü yaxşı bilirik. Cari ilin əvvəlində sosial problemlərin həlli istiqamətində atılan addımlar, ardından islahatların davam edəcəyi ilə bağlı verilən anonslar bizi bir daha ümidləndirmişdi. İnanırdıq ki, yaxın zamanlarda tamamilə fərqli və müsbətə yönəlik hadisələrin şahidinə çevriləcəyik. İnqilabi sərəncamların verilməsi bir daha düşüncəmizdə yanılmadığımızı isbat etdi.

Əməyimizin qiymətləndirilməsi, bizə göstərilən diqqət və qayğı hər birimizi daha səmərəli işləməyə, xalqımızın gələcəyi olan gənc nəslin mükəmməl yetişdirilməsinə sövq edəcəkdir.

Sədaqət MƏHƏRRƏMOVA,

Qobustan şəhər 3 sayı tam orta məktəbin müəllimi

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video