21 Iyun 2019 02:09
390
SİYASƏT
A- A+

Dövlət qayğısı məsuliyyətimizi artırır


"Dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin əməkhaqlarının artırılması haqqında” Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin imzaladığı 18 iyun 2019-cu il tarixli sərəncam bizim məktəbin kollektivində də bayram əhvali-ruhiyyəsi yaratmışdır.

Bərdə peşə liseyinin şərəfli tarixi var. Uzun illər burada Bərdə və ətraf rayonlar üçün kənd təsərrüfatı kadrları hazırlanmışdır. Aqrar sektorun inkişafına böyük önəm verən Prezident İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq peşə təhsili sistemində də uğurlu islahatlar aparılır.

Bərdə peşə liseyinin tamamilə yenidən qurulmasına start verilmişdir. Müasir tələblərə cavab verərək yeni tədris korpuslarının tikintisinə başlanmışdır. Belə bir məqamda əməkhaqlarının 20 faiz artırılacağı barədə Prezident sərəncamı sevincimizi ikiqat artırmışdır. 11 ixtisas verən liseydə yüz nəfərdən çox müəllim və usta çalışır. Sərəncam imzalanan günün sabahı hamımız bir araya gəlib Prezidentin qayğı və diqqətinə münasibət bildirdik. Dövlət başçısının ünvanına təşəkkür və minnətdarlıq dolu fikirlər dönə-dönə vurğulandı. Hər kəsdə razılıq doğuran dövlət qayğısı, eyni zamanda, üzərimizə daha böyük məsuliyyət qoyur. Biz səy və bacarığımızı daha da artırmalı, kənd təsərrüfatının müxtəlif sahələri üçün bacarıqlı kadrlar yetişdirməyə nail olmalıyıq.

Şəmil ŞÜKÜROV,

Bərdə peşə liseyinin direktoru

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video