Alternative content

01:53 10 Dekabr 2019
ONLINE XƏBƏR LENTİ
00:22 10.12.2019 Əbədiyaşar ömür
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Samuxda Azərbaycanın Milli Qəhrəmanı Eltun İsgəndərovun xatirə lövhəsi açılıb
Samuxda Azərbaycanın Milli Qəhrəmanı Eltun İsgəndərovun xatirə lövhəsi açılıb
ANA SƏHİFƏ / CƏMİYYƏT
02:08 21.06.2019


XXI əsrdə Azərbaycanın ilk Milli Qəhrəmanı - sərhədçi Eltun Xaləddin oğlu İsgəndərovun şəhid olmasının 10-cu ildönümü ilə əlaqədar qəhrəmanın doğulduğu Samux rayonunun Əhmədbəyli kəndində təntənəli mərasim keçirilib.

Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən bildiriblər ki, mərasimdən əvvəl Samux Rayon İcra Hakimiyyətinin rəhbərliyi, DSX-nin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçuları, hüquq mühafizə orqanlarının əməkdaşları, ictimaiyyətin nümayəndələri, qəhrəmanın doğmaları şəhid sərhədçinin əziz xatirəsini yad edərək məzarı üzərinə tər çiçəklər, gül dəstələri düzüblər.

Sonra tədbir Azərbaycanın Milli Qəhrəmanı Eltun İsgəndərovun adının verildiyi Əhmədbəyli kənd tam orta məktəbində qəhrəmanın xatirə lövhəsinin açılışı ilə davam etdirilib.

Mərasimdə çıxış edənlər 2009-cu il iyunun 18-də Cəlilabad rayonunun Əsədli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində bir qrup şəxsin dövlət sərhədini Azərbaycan Respublikasından İran İslam Respublikası istiqamətində qanunsuz olaraq keçməyə cəhd göstərməsinin qarşısının alınması zamanı şəxsi şücaət və igidlik göstərdiyinə görə Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 25 iyun tarixli 349 saylı sərəncamı ilə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldüyünü bildiriblər. Natiqlər vətənimizin təhlükəsizliyinin təmin olunması kimi şərəfli bir vəzifəni yerinə yetirərkən şəhidlik zirvəsinə ucalmış Eltun İsgəndərovun keçdiyi xidmət yolundan, dövlət sərhədinin mühafizəsi zamanı göstərdiyi hünərdən söz açıb və onun bu şücaətinin gənc nəslə örnək olduğunu xüsusi vurğulayıblar.

Milli Qəhrəmanın atası Xaləddin İsgəndərov oğlu ilə fəxr etdiyini, ölkəmizdə Eltun kimi oğullarımızın sayının on minlərlə olduğunu deyib. O, şəhid ailələrinə, döyüşlərdə sağlamlığını itirən şəxslərə və müharibə veteranlarına göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə ailəsi adından minnətdarlığını bildirib.

Tədbirin sonunda məktəblilər Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinə həsr edilmiş bədii kompozisiya nümayiş etdiriblər.

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM