Alternative content

01:54 23 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
00:51 23.08.2019 Aqrar sığorta haqqında
00:31 23.08.2019 Manata etibar artır
00:29 23.08.2019 Ümidlər ölmür...
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ombudsman Aparatında Avropa Şurasının nümayəndələri ilə görüş keçirilib
Ombudsman Aparatında Avropa Şurasının nümayəndələri ilə görüş keçirilib
ANA SƏHİFƏ / SİYASƏT
22:11 20.06.2019

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatında ölkəmizdə fakt-araşdırma səfərində olan Avropa Şurasının "Avropada uşaqların onlayn istismarı və aldadılması” adlı layihəsinin rəhbəri Naomi Trevinnardın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Ombudsman Aparatından AZƏRTAC-a bildiriblər ki, görüşün məqsədi Azərbaycanda internet üzərindən uşaqlara qarşı zorakılıq və onların istismarı ilə bağlı müvafiq qanunvericilik, siyasət və təcrübənin müzakirəsi, ombudsmanın bu sahədə fəaliyyəti, habelə aparılacaq təhlil və araşdırma ilə bağlı dəstək imkanlarının dəyərləndirilməsindən ibarət olub.

Görüşdə Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı, şöbə müdirləri Rəşid Rumzadə və Faiq Ağayev iştirak ediblər.

A.Səfixanlı müvəkkilin ötən illər ərzində uşaq hüquqlarının müdafiəsi və təbliği sahəsində geniş fəaliyyəti, bu sahədə UNICEF və BMT-nin Uşaq Hüquqları Komitəsi ilə səmərəli əməkdaşlıq əlaqələri, həmçinin uşaq hüquqları sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, uşaqların, valideynlərin və onlarla işləyən şəxslərin maarifləndirilməsi, uşaq hüquq pozuntularının və uşaqlara qarşı zorakılığın aradan qaldırılması, "Uşaq Hüquqları Aylığı”nın keçirilməsi, 24 saat fəaliyyət göstərən 916 qaynar xətt xidməti barədə məlumat verib.

Görüşdə Ombudsmanın fəaliyyət istiqamətləri ilə bağlı nümayəndə heyətinə ətraflı məlumat verilib və onların çoxsaylı sualları ətraflı cavablandırılıb.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM