20 Iyun 2019 22:08
1823
PARLAMENT
A- A+

İrakli Kobaxidze: Gürcüstan-Azərbaycan əlaqələri dostluğa və qarşılıqlı hörmətə söykənir


İyunun 20-də Milli Məclisin Sədri Oqtay Əsədov Gürcüstan parlamentinin Sədri İrakli Kobaxidzenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, O.Əsədov İ.Kobaxidzenin parlamentin Sədri qismində Azərbaycana ilk rəsmi səfərinin dost və qardaş ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcəyinə əminliyini söyləyib. O deyib ki, Azərbaycan və gürcü xalqlarının dostluğu qədim tarixə malikdir. Cari ilin payızında Azərbaycan ilə Gürcüstan arasında diplomatik münasibətlərin yaranmasının 27 ili tamam olur. Dövlətlərimiz arasında strateji tərəfdaşlıq münasibətləri mövcuddur. Son illər ərzində yüksəksəviyyəli qarşılıqlı səfərlər və görüşlər daha da intensivləşib.

Milli Məclisin Sədri vurğulayıb ki, Azərbaycanla Gürcüstan arasında güclü hüquqi baza mövcuddur. Ölkələrimiz arasında 100-dən çox sənəd imzalanıb, 16 sənəd isə baxılmaqdadır. Eyni zamanda, iqtisadi sahədə qarşılıqlı faydalı əməkdaşlıq inkişaf edir. Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsinin həcmi 2018-ci il üzrə 580 milyon dollar təşkil edib. 2019-cu ilin yanvar-aprel aylarında bu göstərici 243 milyon dollar olub.

Oqtay Əsədov deyib ki, Gürcüstan Azərbaycan tərəfindən həyata keçirilən irimiqyaslı beynəlxalq enerji layihələrinin fəal iştirakçısıdır.

Milli Məclisin Sədri vurğulayıb ki, ali qanunverici orqanlarımız dövlətlərarası münasibətlərin inkişafında mühüm rol oynayır. Hər iki ölkənin parlamentlərində dostluq qrupları fəaliyyət göstərir, nümayəndə heyətlərimizin mütəmadi qarşılıqlı səfərləri həyata keçirilir. Deputatlarımız mötəbər beynəlxalq parlament qurumları çərçivəsində, o cümlədən AŞPA, ATƏT PA, NATO PA, QDİƏT PM, GUAM PA-da əməkdaşlıq edir, bir-birilərinin mövqelərini dəstəkləyirlər.

Oqtay Əsədov böyük təəssüf hissi ilə söyləyib ki, hər iki ölkə ərazi bütövlüyümüzə təhlükə yaradan separatizmlə üzləşib. İnanırıq ki, regional münaqişələr, o cümlədən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüququn normaları çərçivəsində, dövlətlərin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipləri əsasında öz ədalətli həllini tapacaq.

Gürcüstan parlamentinin Sədri İrakli Kobaxidze səfərdən məmnun olduğunu deyib. O bildirib ki, bu gün Gürcüstan və Azərbaycan strateji və etibarlı tərəfdaşlardır. İki ölkə arasında münasibətlərin inkişafında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xidmətləri böyükdür. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün əlaqələrimiz dinamik inkişaf edir. Ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlıq önəmlidir. Siyasi sahədə həm ikitərəfli, həm də beynəlxalq səviyyədə yaxşı münasibətlər qurulub. Azərbaycan və Gürcüstan bir-birinin ərazi bütövlüyünə hörmətlə yanaşır. İnanırıq ki, münaqişələr sülh yolu ilə həll olunacaq. Ölkələrimiz üçün sülh və sabitlik böyük əhəmiyyətə malikdir. Biz Avropa Şurasında, QDİƏT-də əməkdaşlıq edirik, bir-birimizin maraqlarını dəstəkləyirik. Siyasi sahədə münasibətlərin inkişafında parlamentlərarası əlaqələr çox vacibdir. Qanunverici orqanlar arasında əlaqələrin gücləndirilməsində informasiya və təcrübə mübadiləsi baxımından nümayəndə heyətlərinin qarşılıqlı səfərləri çox əhəmiyyətlidir.

Gürcüstan parlamentinin Sədri iqtisadi sahədə əlaqələrə toxunaraq enerji və nəqliyyat sahələrində, o cümlədən Azərbaycan, Gürcüstan və Türkiyənin iştirakı ilə həyata keçirilən üçtərəfli layihələrin önəmli olduğunu qeyd edib. Diqqətə çatdırılıb ki, Azərbaycan investorları Gürcüstanda geniş şəkildə təqdim olunublar. Mədəniyyət, təhsil, turizm sahələrində əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş imkanlar mövcuddur. Əlaqələrimiz dostluq və qarşılıqlı hörmətə söykənir. Bu dostluğa heç bir qüvvə təsir edə bilməz.

Görüşdə Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov, Sədr müavini Bahar Muradova, parlament Aparatının rəhbəri Səfa Mirzəyev, Gürcüstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı Əflatun Amaşov, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Gürcüstan parlamentinin deputatları və digər rəsmi şəxslər iştirak ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video