20 Iyun 2019 21:55
853
Elm və texnika
A- A+

ADA Universitetində keçirilən 4-cü Beynəlxalq Təhsil Konfransı yekunlaşıb

ADA Universitetində "İnklüziv, bərabər və keyfiyyətli təhsilə doğru: imkanlar, məqsədlər və hədəflər” şüarı altında keçirilən 4-cü Beynəlxalq Təhsil Konfransı yekunlaşıb.

AZƏRTAC xəbər verir ki, 2 gün davam edən konfransda "Dayanıqlı İnkişaf Məqsədləri IV hədəflərinin təsirli reallığa çevrilməsi”, "Dayanıqlı İnkişaf Məqsədləri və ali təhsilin keyfiyyəti”, "Təhsildə elitizm: üstünlükləri və çatışmazlıqları” və "Təhsildə liderlik - qlobal biliklər” mövzularında bölmə iclaslarında məruzələr dinlənilib və müzakirələr aparılıb.

Xatırladaq ki, konfrans ADA Universiteti, Təhsil Nazirliyi, Dünya Bankı və UNICEF-in birgə təşkilatçılığı ilə keçirilib.

Konfrans təhsil sahəsindəki problemlərin araşdırılmasına marağı artırmaq, islahatların daha çox tədqiqatyönümlü olmasına imkan yaratmaq, yerli və beynəlxalq təcrübəni bir araya gətirmək, gəncləri tədqiqata cəlb etməklə onların müvafiq sahədə bacarıqlarını artırmaq məqsədilə təşkil edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video