Alternative content

18:33 23 Iyul 2019
ONLINE XƏBƏR LENTİ
02:23 23.07.2019 144 illik şərəfli yol
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Beynəlxalq Mətbuat Mərkəzində “Erməni zindanında səkkiz gün” kitabının təqdimatı olub
Beynəlxalq Mətbuat Mərkəzində “Erməni zindanında səkkiz gün” kitabının təqdimatı olub
ANA SƏHİFƏ / CƏMİYYƏT
17:36 20.06.2019

Soyuq fevral gecəsi al qana boyanmış ağappaq qar üstünə yaralı halda yıxılmış gənc bir qız... Ayağa qalxmaq istəyən yoldaşının başı ölümsaçan güllərinin atəşi nəticəsində parçalanır. Ətraf tanış adamların cəsədləri ilə doludur. Anası üçün ağlayan körpə, övladına can atan analar...

Gözlərini açanda düşmənə əsir düşdüyünü görən gənc qızın əzablı günləri başlayıb. Onun "o dünyanı görüb qayıtdığı”, özünün dediyi kimi cəhənnəmdə keçirdiyi səkkiz gündə çəkdiyi iztirab və məhrumiyyətlər bəlkə də heç səkkiz kitaba da sığmaz. Amma o başına gələnləri qələmə aldığı bir kitaba sığışdırmağa çalışıb...

AZƏRTAC xəbər verir ki, iyunun 20-də Beynəlxalq Mətbuat Mərkəzində Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyinin təşkilatçılığı ilə Xocalı sakini Dürdanə Ağayevanın "Erməni zindanında səkkiz gün” adlı kitabının təqdimat mərasimində bu barədə danışılıb.

Tədbirin aparıcısı, Milli Məclisin deputatı Qənirə Paşayeva öz çıxışında dedi: " Xocalı faciəsi Azərbaycan xalqının ən böyük ağrısıdır. Təəssüf ki, indiyədək bu faciəni törədənlər öz layiqli cəzalarını almayıblar. Kitabın müəllifi həmin ağrı-acını yaşayanlardan biridir, düşmən əsirliyində yaşadığı səkkiz gün haqqında yazdığı kitab rus və türk dillərinə çap olunub”. O, kitabın daha böyük tirajla digər dillərdə tərcümə olunmasının zəruriliyini də söyləyib.

Milli Məclisin deputatları Aqil Abbas, Flora Qasımova, Adil Əliyev, Sahib Alıyev və Aydın Hüseynov çıxış edərək xalqımızın başına gələn faciələr barədə danışaraq həqiqətin dünyaya çatdılrılmasında belə kitabların mühüm rol oynadığını, biganəlik və unutqanlıq bəlasından qurtulmağı, bir xanımın əsirlikdən bəhs edən kitabının simasında bu cür faciələrin digər xalqlar arasında yayılaraq bədnam qonşuların mənfur xislətini və iç üzünü açmaqda əhəmiyyətli rol oynaya biləcəyini diqqətə çatdırıblar. Qeyd olunub ki, əsir düşən gənc qızın həyatı, onun üzləşdiyi məhrumiyyətlər, erməni quldurlarının qaniçən və vəhşi əməlləri bizi unutqan olmamağa, bu qətliamı bizdən sonrakı nəsillərə çatdırmağa çağırır. Həm də bu elə bir işdir ki, onun yükü altına tək-tək adamlar deyil, hamı çiyin verməlidir.

"Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Tural Gəncəliyev və Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov öz çıxışlarında müasir informasiya müharibəsi dövründə münaqişə dövrünün ən böyük faciəsi olan Xocalı soyqırımı barədə həqiqətlərin təbliğində "Erməni zindanında səkkiz gün” kitabının hadisənin şahidinin dili ilə təsvir edilməsini düşmənin iç üzünü dünyaya göstərmək mənasında tutarlı sübut olduğunu bildiriblər.

Digər çıxış edənlər kitabın ölkəmiz barədə düşmənin təbliğat maşının yaydığı yanlış informasiyalara layiqli cavab kimi səsləndiyini və gənc nəslin vətənpərvərlik tərbiyəsində mühüm rol oynaya biləcəyini söyləyiblər.

Kitabın müəllifi Dürdanə Ağayeva onu qələmə sarılaraq şahidi olduğu hadisələri yazmağa vadar edən səbəbləri xatırlyıb və kitabın digər dillərdə tərcümə edilərək Azərbaycan həqiqətini yaymağa xidmət etməsi üçün ona kömək etməyə hazır olan təşkilat və şəxslərə minnətdarlığını ifadə edib.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM