Alternative content

18:09 21 Iyul 2019
ONLINE XƏBƏR LENTİ
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında bir sıra qanun layihələrinə baxılıb
Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında bir sıra qanun layihələrinə baxılıb
ANA SƏHİFƏ / PARLAMENT
17:22 20.06.2019

İyunun 20-də Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, komitənin sədr müavini Eldar Quliyev gündəlik barədə məlumat verib.
Əvvəlcə "Aqrar sığorta haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirə olunub. Qanun layihəsini Milli Məclis Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdir müavini, aqrar qanunvericilik sektorunun müdiri Vilayət Əlizadə təqdim edib. Bildirib ki, 4 fəsil, 21 maddədən ibarət olan qanun layihəsi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin birinci hissəsinin 27-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikasında aqrar sahədə risklərin müştərək sığorta mexanizmi vasitəsilə sığortalanması ilə bağlı münasibətləri tənzimləyir, aqrar sığortanın hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edir.

İclasda, həmçinin "Azərbaycan Respublikasının Konsul Nizamnaməsinin təsdiq edilməsi haqqında”, "Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında”, "Dövlət rüsumu haqqında”, "Baytarlıq haqqında”, "Ekoloji təmiz kənd təsərrüfatı haqqında” və "Lisenziyalar və icazələr haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi üçüncü oxunuşda müzakirə olunub.

İnzibati Xətalar və Gömrük məcəllələrində, "Balıqçılıq haqqında”, "Yeyinti məhsulları haqqında”, "Taxıl haqqında”, "Üzümçülük və şərabçılıq haqqında”, "Yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədi ilə duzun yodlaşdırılması haqqında” və "Çayçılıq haqqında”, "Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında”, "Ekoloji təmiz kənd təsərrüfatı haqqında”, "Arıçılıq haqqında”, "Reklam haqqında” və "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələrinə birinci oxunuşda baxılıb. Qeyd edilib ki, qanun layihələri "Yeyinti məhsulları haqqında” Qanunda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 23 fevral tarixli 1012-VQD nömrəli Qanununa uyğunlaşdırma məqsədilə hazırlanıb.

Müzakirə edilən bütün qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə edilib.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM