Alternative content

14:23 18 Iyul 2019
ONLINE XƏBƏR LENTİ
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV UNESCO-nun baş qərargahında Dünya İrs Komitəsinin Bakı sessiyası ilə bağlı mətbuat konfransı keçirilib
UNESCO-nun baş qərargahında Dünya İrs Komitəsinin Bakı sessiyası ilə bağlı mətbuat konfransı keçirilib
ANA SƏHİFƏ / Mədəniyyət
17:15 20.06.2019

Parisdə UNESCO-nun baş qərargahında Bakıda təşkil ediləcək qurumun Dünya İrs Komitəsinin 43-cü sessiyası ilə bağlı mətbuat konfransı keçirilib. Konfransda yerli və müxtəlif ölkələrin jurnalistləri iştirak edib.

AZƏRTAC xəbər verir ki, Ümumdünya İrs Mərkəzinin direktoru Mextild Rossler Bakıda keçiriləcək Komitənin 43-cü sessiyasının gündəliyi, müzakirə olunacaq sənədlər, büdcə və prosedur qaydaları ilə bağlı yeniliklərdən danışıb. UNESCO Dünya İrs Komitəsinin 21 üzv dövlətdən ibarət olduğunu bildirib. O, Komitənin üzvləri və roluna dair məlumat verib. Bildirib ki, Bakı sessiyasında Dünya irsi siyahısına daxil edilən 166 mədəni irsin saxlanması vəziyyəti ilə bağlı hesabatlar nəzərdən keçiriləcək.

Jurnalistlərin mədəni irsin qorunub saxlanmasına, iqlim dəyişikliyinin irs sərvətlərinə təsirinə, Paris Məryəm Ana kilsəsinə, yoxa çıxma təhlükəsi ilə üzləşən qədimi liman şəhərlərinə, eləcə də Bakı sessiyasına dair suallarını cavablandırılıb.

M. Rossler Komitənin Bakı sessiyasında dünya mədəni irs siyahısına daxil etmək üçün təqdim olunmuş 42 təklifdən seçilmiş 36 təqdimatın nəzərdən keçiriləcəyini diqqətə çatdırıb. Azərbaycanın da təklifi daxil olan 36 təqdimatdan 6-nın təbiət, 28-nin mədəniyyət və 2-nin qarışıq (yəni həm təbiət, həm də mədəniyyətə aid) olduğunu qeyd edib.

Qeyd edək ki, bu il ölkəmiz Şəki xan sarayı ilə birgə şəhərin tarixi mərkəzinin UNESCO-nun Ümumdünya İrs Siyahısına salınmasını təklif edib.

Mətbuat konfransında dünya irs mərkəzinin kommunikasiya nümayəndəsi Gina Doubleday "Dünya irsi” jurnalının "Dünya irsi Azərbaycanda” adlı xüsusi nömrəsini jurnalistlərə paylayıb.

Jurnalın üz qabığında Qobustanın qayaüstü rəsmləri əks olunub.

"Dünya irsi Azərbaycanda” jurnalında UNESCO-nun baş direktoru Odri Azuleyin, Ümumdünya İrs Mərkəzinin direktoru Mextild Rosslerin, mədəniyyət naziri Əbülfəs Qarayevin xüsusi ismarıçları, ölkəmizin dünya irsi siyahısına daxil edilmiş sərvətləri, tarix və müasirliyi özündə birləşdirən Bakı şəhəri, Xalça Muzeyi, Heydər Əliyev Mərkəzi haqqında ətraflı məlumatlar verilib.

Xatırladaq ki, Bakı sessiyasına dünyanın müxtəlif ölkələrindən gələcək 3000 nümayəndənin iştirak edəcəyi gözlənilir.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM