Alternative content

15:23 19 Iyul 2019
ONLINE XƏBƏR LENTİ
00:28 19.07.2019 Böyük islahatlar ili
00:26 19.07.2019 İpək kimi
00:24 19.07.2019 Bakıda idman bayramı
00:22 19.07.2019 Yollar yenidən qurulur
00:21 19.07.2019 Hər uşaq bir ümiddir
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Xətai Rayon Polis İdarəsinin əməkdaşları 600 kiloqramdan çox narkotik vasitəni dövriyyədən çıxarıblar
Xətai Rayon Polis İdarəsinin əməkdaşları 600 kiloqramdan çox narkotik vasitəni dövriyyədən çıxarıblar
ANA SƏHİFƏ / CƏMİYYƏT
17:07 20.06.2019

Daxili işlər orqanları kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkarlanması istiqamətində tədbirləri uğurla davam etdirirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Xətai Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və Narkotiklərlə Mübarizə Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan, əvvəllər məhkum edilmiş Denis Ardatyev saxlanılıb. Onun üzərində axtarış aparılan zaman marixuana aşkarlanaraq götürülüb.

D.Ardatyev ilkin sorğu zamanı bildirib ki, bir neçə gün əvvəl Xəzər rayonunun Buzovna qəsəbəsində tanımadığı şəxsin hasarın çöl tərəfinə əyilmiş spesifik iyi olan bitki yarpağının bir neçəsini yığıb və özündə saxlayıb.

İdarə əməkdaşlarının həmin ünvanda keçirdikləri əməliyyat zamanı ev sahibi, paytaxt sakini Eldəniz Rüstəmov tutulub. Onun həyətyanı sahəsində olan istixanaya baxış keçirilərkən kultivasiya yolu ilə yetişdirilən, ümumi çəkisi 556 kiloqram olan 1206 ədəd narkotik tərkibli çətənə kolu, eləcə də 65 kiloqram qurudulmuş marixuana kütləsi aşkarlanaraq götürülüb. E.Rüstəmov ifadəsində narkotik tərkibli bitkiləri mart ayında əkdiyini və xüsusi qulluq göstərərək yetişdirdiyini etiraf edib. Onun məqsədi isə çətənə kollarını qurudandan sonra satmaq olub. Axtarış zamanı E.Rüstəmovun idarə etdiyi "Saipa” markalı avtomobildən də əlavə olaraq siqaret qutusunun içində qablaşdırılan 2 qram marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində cinayət işi başlanılıb, əməliyyat və istintaq tədbirləri davam etdirilir.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM