Alternative content

23:13 15 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV AZAL-ın prezidenti “Paris Air Show 2019” aviasalonunun işində iştirak edib
AZAL-ın prezidenti “Paris Air Show 2019” aviasalonunun işində iştirak edib
ANA SƏHİFƏ / İQTİSADİYYAT
16:54 20.06.2019

"Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) prezidenti Cahangir Əsgərov Le Burjedə "Paris Air Show 2019” beynəlxalq aviasiya-kosmik salonunun işində iştirak edib, bir sıra mühüm danışıqlar aparıb.

QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, "Paris Air Show” kosmik salonu aviasiya və kosmonavtika sahəsində dünya istehsalçılarının müasir məhsullarını nümayiş etdirən ən mühüm və nüfuzlu beynəlxalq sərgilərdən biri, dünyanın ən yaşlı aviasalonudur.

C.Əsgərovun "Boeing Commercial Airplanes”in prezidenti və baş icraçı direktoru Kevin Makalisterlə görüşündə "Boeing” və AZAL arasında tərəfdaşlıq və dostluq münasibətləri yüksək qiymətləndirilib. Tərəflər "Azərbaycan Hava Yolları”na və "Silk Way” aviaşirkətinə yeni geniş füzelyajlı təyyarələrin tədarükünə dair əldə olunmuş razılaşmalara sadiqliyini təsdiqləyib.

AZAL-ın prezidenti Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev ilə birgə "Azərbaycan Hava Yolları”nın möhkəm tərəfdaşlıq münasibətlərinə malik olduğu "Thales Group” şirkətinin baş vitse-prezidenti Erve Dammann ilə məhsuldar danışıqlar keçirib. Tərəflər Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Hava Məkanından İstifadə, Strategiya və İnkişaf üzrə Səmərəlilik Mərkəzinin (ASEC) açılmasından məmnunluq ifadə edib. Azərbaycanda "Thales” şirkətinin məhsullarının istehsalı üzrə birgə müəssisənin yaradılması barədə fikir mübadiləsi aparılıb.

Həmçinin C.Əsgərov "L3 Commercial Aviation Solutions” şirkətinin prezidenti Alan Koruford ilə söhbət edib. Danışıqlar zamanı tərəflər arasında müxtəlif tipli təyyarələr üçün yeni trenajor komplekslərinin tədarükü məsələsi müzakirə olunub. Bundan əlavə, "L3 Technologies” şirkəti "Azərbaycan Hava Yolları” aviaşirkətinə personalın hazırlığı, uçuş imitasiya kompleksləri, habelə kombinə edilmiş nəzəri və interaktiv tədris proqramları sahəsində ən müasir texnologiyaları təqdim edə bilər.

"Paris Air Show 2019” sərgisi çərçivəsində keçirilən əlamətdar tədbirlərdən biri dünyanın ən yaxşı aviaşirkətlərinin mükafatlandırılması mərasimi - "World Airline Awards” olub. Aviaşirkətlər və hava limanlarının xidmət keyfiyyətinin qiymətləndirilməsi üzrə aparıcı agentlik "Skytrax” ardıcıl olaraq ikinci il "Azərbaycan Hava Yolları”nı Mərkəzi Asiya və Hindistanda ən yaxşı regional aviaşirkət elan edib.

"Bu mükafatın təkrar alınması uçuşlarımızda sərnişinlərə təklif edilən xidmətlərin yüksək keyfiyyətinin ən yaxşı sübutudur. "Skytrax World Airline Awards” mükafatları mülki aviasiyada fərqlənmə nişanı hesab edilir. Mən AZAL-ın bütün sərnişinlərinə bizə göstərdiyi etimada, aviaşirkətin bütün əməkdaşlarına isə yüksək xidmət keyfiyyətini təmin etdiyinə görə minnətdarlığımı bildirmək istəyirəm", - deyə C.Əsgərov bildirib.

"Təyyarə göyərtəsində və hava limanı obyektlərində xidmət standartlarının təkmilləşməsi ilə "Azərbaycan Hava Yolları”nın sərnişinləri aviaşirkətin keyfiyyət artımını müşahidə etməyə davam edirlər. Müştərilər tərəfindən yüksək qiymətləndirilmək "Azərbaycan Hava Yolları”nın aparıcı heyətinə böyük etimadı göstərir”, - deyə "Skytrax”ın baş direktoru E.Pleysted qeyd edib.

Xatırladaq ki, "Skytrax”ın son auditinin nəticələrinə görə, AZAL, həmçinin nüfuzlu 4 ulduzlu aviaşirkət statusunu təsdiqləyib.

Qeyd edək ki, "Azərbaycan Hava Yolları” yaxın gələcəkdə Asiya bazarında öz fəaliyyətini əhəmiyyətli dərəcədə genişləndirməyi planlaşdırır. İyunun 25-dən etibarən Bakıdan Hindistanın paytaxtı Dehliyə birbaşa aviareys açılacaq. Həmçinin digər ölkələrə də yeni istiqamətlər açılması nəzərdə tutulub.

"Skytrax” auditləri göstərilən xidmətlərin keyfiyyəti və işçi heyətinin iş standartlarını əhatə edən 800-dən çox meyarı əhatə edir. Bütövlükdə aviaşirkətin saytı, saytda məlumatın təqdim olunması, aviabiletlərin onlayn bronlaşdırılmasının rahatlığı və digər xidmətlər kimi sərnişinlər üçün mühüm olan aviaşirkətin məhsul komponentləri qiymətləndirilib.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM