Alternative content

03:43 23 Iyul 2019
ONLINE XƏBƏR LENTİ
02:23 23.07.2019 144 illik şərəfli yol
02:11 23.07.2019 Əsir Ağdam məscidi
02:09 23.07.2019 Ağdamda nəyim qaldı...
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan güləş yığmalarının II Avropa Oyunları üçün heyətləri açıqlanıb
Azərbaycan güləş yığmalarının II Avropa Oyunları üçün heyətləri açıqlanıb
ANA SƏHİFƏ / İDMAN
15:03 20.06.2019

"Minsk 2019” ikinci Avropa Oyunlarında iştirak edəcək Azərbaycanın güləş yığmalarının heyətləri açıqlanıb.

AZƏRTAC xəbər verir ki, bununla əlaqədar iyunun 20-də Olimpiya Güləş Mərkəzində sərbəst və yunan-Roma güləşi üzrə yığma komandalarımızın açıq məşqi keçirilib.

Məşqdən sonra Azərbaycan Güləş Federasiyasının prezident əvəzi Namiq Əliyev Minskə yollanacaq heyəti açıqlayıb. Bildirilib ki, sərbəst güləş üzrə baş məşqçi Saypulla Absaidov, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi ilə "Minsk 2019”da Mahir Əmiraslanov (57 kq), Hacı Əliyev (65 kq), Hacımurad Hacıyev (74 kq), Aleksandr Qostiyev (86 kq) və Camaləddin Məhəmmədov (125 kq) iştirak edəcəklər.

İkinci Avropa Oyunlarında baş məşqçi Aslan Ağayev və böyük məşqçi Rövşən Umudovun rəhbərliyi ilə qadın güləşçilərimizdən Mariya Stadnik (50 kq), Alyona Kolesnik (57 kq), Elmira Qəmbərova (62 kq), İrina Netreba (68 kq) və Səbirə Əliyeva (76 kq) mübarizə aparacaqlar.

Yunan-Roma güləşçilərimizdən Sakit Quliyev (60 kq), Kərim Cəfərov (67 kq), İslam Abbasov (87 kq), Orxan Nuriyev (97 kq), Sabah Şəriəti (130 kq) Minskdə medallar uğrunda yarışacaqlar. Komandamız baş məşqçi Şaban Donat, böyük məşqçi Rövşən Bayramovun rəhbərliyi ilə turnirdə iştirak edəcək.

Güləş yarışları iyunun 25-dən 30-dək keçiriləcək.

Azərbaycan yığması iyunun 21-dən 30-dək təşkil ediləcək ikinci Avropa Oyunlarında 82 idmançı ilə təmsil olunacaq.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM