Alternative content

19:37 20 Sentyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escort istanbul escort istanbul escort istanbul escort istanbul escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirilib
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirilib
ANA SƏHİFƏ / PARLAMENT
15:02 20.06.2019
İyunun 20-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komitə sədri Hadi Rəcəbli gündəliyə 5 məsələnin daxil olduğunu deyib. Bildirib ki, Prezident İlham Əliyev 2019-cu ili ölkəmizdə sosial müdafiə sistemində islahatlar ili elan edib. Bu sahədə bir sıra mühüm islahatlar aparılıb, struktur dəyişiklikləri həyata keçirilib.

Gündəlikdəki qanun layihələrini birinci oxunuşda Milli Məclisin Sosial qanunvericilik şöbəsinin Əmək qanunvericiliyi sektorunun müdiri Adil Vəliyev təqdim edib. O bildirib ki, Əmək və Miqrasiya məcəllələrinə, "Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında", "Həmkarlar ittifaqları haqqında", "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında", "Dövlət əmlakının özəlləşdirilməsi haqqında", "Gənclər siyasəti haqqında", "Əmək pensiyaları haqqında", "Təhsil haqqında", "Daşınar əmlakın yüklülüyü haqqında", "İşsizlikdən sığorta haqqında" və "Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanunlarda dəyişiklik edilməsi haqqında qanun layihələri "Məşğulluq haqqında" Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1196-VQ nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi daşıyır.

Sonra "Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə baxılıb. Qeyd edilib ki, nəzərdə tutulan dəyişikliklər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) dövlət büdcəsindən ayrılan transfertin 150,0 milyon manat azaldılaraq, həmin vəsaitin xüsusi müdafiə təyinatlı tədbirlərin maliyyələşdirilməsinə yönəldilməsi; DSMF-nin xərclərinin 200,0 milyon manat, işsizlikdən sığorta fondunun xərclərinin isə 15,0 milyon manat artması səbəbindən icmal büdcə xərclərinin yuxarı həddinin cəmi 215,0 milyon manat artırılması; sosial paket çərçivəsində DSMF-nin gəlirlərinin 350,0 milyon manat, xərclərinin isə 200,0 milyon manat artırılması nəticəsində qanunda müvafiq düzəlişlər edilərək, gəlirlərin xərclərdən artıq olan hissəsi (150,0 milyon manat) həcmində dövlət büdcəsindən transfertin azaldılması məqsədlərini daşıyır.

"Əmək pensiyaları haqqında" Qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsi əmək pensiyalarının minimum məbləğinin 2019-cu il 1 oktyabr tarixdən artırılaraq 160 manatdan 200 manata çatdırılması məqsədini daşıyır.

"İşsizlikdən sığorta fondunun 2019-cu il büdcəsi haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi isə özünüməşğulluq tədbirlərinin təşkilinin maliyyələşməsi üzrə xərclərin artırılması məqsədini daşıyır.

İclasda iştirak edən Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev sosial islahatlarla bağlı həyata keçirilən tədbirlərdən danışıb. Qeyd edib ki, bu il həyata keçirilən birinci sosial paketin illik maliyyə yükü 2 milyard manatdır. İkinci sosial paket isə 2 milyon 100 min nəfər vətəndaşı əhatə edir. Bu paketin illik xərci 2 milyard manata yaxın olacaq. Amma 2019-cu ilin yerdə qalan dövrü üzrə bu istiqamətdə 660 milyon manat vəsait yönəldiləcək.

Bildirilib ki, ikinci sosial paket çərçivəsində həyata keçiriləcək tədbirlər 1 milyon 350 min vətəndaşın əməkhaqqının artımına səbəb olacaq. Bu da ölkə üzrə muzdla işləyənlərin 80 faizini təşkil edir. Həmin insanlardan 1 milyonu dövlət sektorunda, qalanları isə özəl sektorda işləyənlərdir. 750 min nəfərin isə pensiyasında artım baş verəcək. Bu isə ölkədə ümumi pensiyaçıların təqribən 60 faizi deməkdir. Digər pensiyaçılara gəldikdə, nazir diqqətə çatdırıb ki, 2020-ci ilin yanvarından bütün pensiyalar artacaq. Belə ki, orta aylıq əməkhaqqı artımı ilə bağlı proqnoz bu il üçün 15 faizdir. Buna uyğun olaraq, 2020-ci ilin 1 yanvar tarixindən bütün pensiyaçıların pensiyası indeksasiya nəticəsində əlavə 15 faiz artacaq. Beləliklə, hazırda 160 manat pensiyaçı oktyabrdan 200 manat, yanvardan isə 230 manat pensiya alacaq.

Sahil Babayev deyib ki, sosial paketlər çərçivəsində ayrılacaq vəsaitlər iqtisadi inkişaf nəticəsində qazanılan pullardır. Bu vəsait Dövlət Neft Fondundan ayrılan transfertlər deyil.

Komitə üzvləri gündəlikdəki məsələlərlə bağlı fikir və münasibətini bildiriblər.

Qanun layihələri Milli Məclisin plenar iclasının müzakirəsinə tövsiyə olunub.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM