20 Iyun 2019 14:57
409
SİYASƏT
A- A+

Azərbaycan və Bolqarıstan strateji tərəfdaşlardır


İyunun 20-də Milli Məclisin Sədri Oqtay Əsədov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin 53-cü Baş Assambleyasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Bolqarıstan Xalq Məclisinin Sədri xanım Tsveta Karayançevanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Oqtay Əsədov Azərbaycan ilə Bolqarıstan arasında əlaqələrin dərin köklərinin olduğunu deyib. Sədr qeyd edib ki, hələ Sovet İttifaqının dağılmasına qədər iki ölkə arasında elm, təhsil və mədəniyyət sahələrində sıx əlaqələr qurulmuşdu. Azərbaycan ikinci dəfə müstəqillik qazandıqdan sonra bu münasibətlər daha da inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə çatıb. Ölkələrimiz arasında siyasi əlaqələr də yüksək səviyyədədir. Siyasi əlaqələrin inkişafında dövlət başçılarımızın və onların qarşılıqlı səfərlərinin mühüm rolu var. Prezident İlham Əliyevin 2015-ci ilin mart ayında Bolqarıstana səfəri zamanı imzalanmış "Strateji Tərəfdaşlıq haqqında Bəyannamə" qarşılıqlı əlaqələrin genişləndirilməsinə əhəmiyyətli töhfə verir. Hazırda Azərbaycan Hökuməti və Bolqarıstan Hökuməti arasında iqtisadi-ticarət və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiya fəaliyyət göstərir. Ölkələrimiz arasında ticarət dövriyyəsi artmaqda davam edir. Ticarət dövriyyəsini daha da artırmaq üçün geniş potensial mövcuddur.

Sədr bildirib ki, bu gün ölkələrimiz enerji sahəsində də uğurlu əməkdaşlıq edir. Bolqarıstan Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə olan Cənub Qaz Dəhlizinin iştirakçısıdır. Azərbaycan Bolqarıstan vasitəsilə Avropaya enerji daşıyıcıları təchizatı ilə bağlı layihələri inkişaf etdirmək niyyətindədir.

Göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirən xanım Tsveta Karayançeva iki ölkə arasında münasibətlərin inkişafından məmnunluğunu ifadə edib.

Söhbət zamanı təhsil, mədəniyyət, parlamentlərarası əlaqələrin inkişafı barədə fikir mübadiləsi aparılıb. Ölkələrimizin beynəlxalq təşkilatlarda əməkdaşlığı yüksək qiymətləndirilib, parlamentlərarası dostluq qruplarının fəaliyyətlərinin daha da gücləndirilməsinin vacibliyi vurğulanıb.

Görüşdə Milli Məclis Sədrinin müavini Bahar Muradova, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Azərbaycan-Bolqarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rauf Əliyev, hər iki ölkənin səfirləri Nərgiz Qurbanova, Nikolay Yankov və digər rəsmi şəxslər iştirak ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video