20 Iyun 2019 14:43
438
CƏMİYYƏT
A- A+

Cəlil Xəlilov: Azərbaycanda həyata keçirilən sosial-iqtisadi islahatlar hər bir vətəndaşı əhatə edir


Azərbaycanda bütün sahələrdə davamlı inkişaf bir-birini əvəzləyir. Dünyaya nümunə təşkil edən Azərbaycanın iqtisadi-sosial modeli vətəndaşların sosial rifahına və cəmiyyətin inkişafına istiqamətlənib. Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində genişmiqyaslı tədbirlər əsaslı təməllər üzərində dayanır. Dövlətin bu sahədə siyasi xətti gündən-genə nailiyyətlərin daha da artacağından xəbər verir.

Bu fikirləri Azərbaycan Respublikasının Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı sədrinin müavini, polkovnik Cəlil Xəlilov AZƏRTAC-a müsahibəsində söyləyib.

C.Xəlilov bildirib ki, 2019-cu ili respublikamız üçün əlamətdar illərdən hesab etmək olar. Cari ilin birinci yarısının hələ başa çatmamasına baxmayaraq, həyata keçirilən islahatlar əvvəlki illərə nisbətdə daha çoxdur. İmzalanan sonuncu sərəncamlar əhalinin gəlirlərinin artmasına, yığım imkanlarının genişlənməsinə şərait yaradacaq. Əmək haqlarının əhəmiyyətli artımı əhalinin alıcılıq qabiliyyətinə müsbət təsir etməklə, iqtisadi fəallığa töhfə verəcək. Bu ilin birinci yarısında Prezident İlham Əliyevin imzaladığı sərəncamlar hər bir vətəndaşın maddi rifah halının yaxşlaşdırılmasına, sosial müdafiəsinin gücləndirilməsinə və onlara dövlət qayğısının daha da artırılmasına xidmət edir. Sosial sahədə islahatların növbəti mərhələsində hazırlanan inqilabi addımlar Prezident İlham Əliyevin "Azərbaycanda dövlət siyasətinin mərkəzində insan amili dayanır” tezisini bir daha təsdiq etdi.

"Sonuncu sərəncamlarda qeyd edilən şəxslərin aylıq vəzifə maaşlarının 2019-cu il sentyabrın 1-dən orta hesabla 40 faiz artırılması nəzərdə tutulur. Sərəncamlara əsasən, hərbi və hüquq-mühafizə orqanlarının xüsusi rütbəli əməkdaşlarının və mülki işçilərinin də əmək haqlarının artırılması vətənin keşiyində dayanan insanlara göstərilən etimadı bir daha təsdiqlədi. Bundan əlavə, minimum əmək haqqının artırılması Azəbaycanda aztəminatlı ailələrin maddi rifah halına müsbət təsirini göstərəcək. İqtisadi sahədə əldə edilmiş mötəbər uğurların sosial sferaya transformasiyası dövlətimizin başçısının bəyan etdiyi sosial iqtisadi kursun başlıca prinsipi olmaqla, cari ilin əvvəlindən etibarən ölkə vətəndaşlarının sosial təminatını əhəmiyyətli dərəcədə artırıb”, - deyə Cəlil Xəlilov vurğulayıb.

Respublika Veteranlar Təşkilatının sədr müavini diqqətə çatdırıb ki, ümumilikdə 2019-cu ildə Prezident İlham Əliyevin imzaladığı qanunvericilik aktları üç milyona yaxın insanın sosial müdafiəsinin gücləndirilməsi sahəsində inqilabi addım oldu. Bütün bunlar ilk növbədə Azərbaycanda xalqın dövlətinə inamından, vətəndaşın hakimiyyətə göstərmiş olduğu etimaddan, inkaf etmiş, rəqabətə davamlı iqtisadiyyatından xəbər verir. Azərbaycançılıq məfkurəsinə əsaslanaraq həyata keçirilən daxili və xarici siyasi xətt dövlətin doğru əllərdə olmasının və xalq-lider birliyinin təzahürüdür.

"Veteranlar da hər zaman Prezident İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasəti dəstəkləyir, xüsusən sonuncu sərəncamların sosial sahədə əhəmiyyətli irəliləyişlərlə nəticələnəcəyinə dərin inam ifadə edirlər. Veteranlar xalqın birliyi və gənclərin vətənpərvər ruhda tərbiyə edilməsində üçün bundan sonra da əllərindən gələni əsirgəməyəcəklər”, - deyə polkovnik C.Xəlilov bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video