20 Iyun 2019 14:38
454
DÜNYA
A- A+

ABŞ-da intiharlar, yüksək dozada narkotik və alkoqol qəbul edilməsi nəticəsində ölüm hallarının sayı rekord səviyyəyə çatıb


ABŞ-da intiharlar, yüksək dozada artıq narkotik və alkoqol qəbul edilməsi nəticəsində ölüm hallarının sayı rekord səviyyəyə çatıb. Nəticədə orta ömrün uzunluğu azalır, vaxtsız ölüm hallarının sayı artır.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumatlar səhiyyəyə dəstək üzrə "Birlik Fondu” adlı ictimai qrupun hesabatında öz əksini tapıb. Hesabatda 47 müxtəlif göstərici, o cümlədən ölüm hallarının sayı, tibbi xidmətdən istifadə imkanı, tibbi yardımın keyfiyyəti, piylənmə və siqaretçəkmə kimi göstəricilər əsasında qiymətləndirmə aparılması təklif olunur.

Alkoqoldan sui-istifadə və intihar ilə bağlı ölüm halları ölkənin qərb ştatlarında nisbətən az yayılıb. Men, Nyu-Hempşir, Vermond, Massaçusets, Rod-Aylend, Konnektikut ştatlarında və cənub-şərq bölgəsindəki ştatlarda isə yüksək dozada narkotiklər qəbulu ilə bağlı ölüm hallarının artması bildirilir. Bu böhrana şərait yaradan səbəblər öldürücü təsir göstərən fentanil kimi sintetik narkotik vasitələrdən sui-istifadə edilməsi ilə bağlıdır.

Xəstəliklərə nəzarət və onların profilaktikası mərkəzlərinin verdiyi məlumata görə, 2017-ci ildə ABŞ-da gözlənilən orta ömür müddəti əvvəlki ildəkinə nisbətən təqribən 0,1 bənd azalaraq 78,6 yaşa bərabər olub. Orta ömrün azalması narkotiklərdən sui-istifadə və intihar hallarının durmadan artması ilə bağlıdır.

Xəstəliklərə nəzarət və onların profilaktikası mərkəzlərinin verdiyi məlumata görə, 2017-ci ildə fentanil kimi təhlükəli maddələrin yüksək dozada qəbul edilməsi nəticəsində ölüm halları 45 faizdən çox artıb. 1999-2017-ci illərdə yüksək dozada narkotiklər qəbul edilməsi ilə bağlı 702.000-dən çox ölüm hadisəsi qeydə alınıb. Bu hadisələrin 10 faizi 2017-ci ildə baş verib. Bundan əlavə, 2006-2017-ci illərdə intihar hallarının sayı orta hesabla ildə 2 faizi qədər artıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video