Alternative content

19:07 14 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Minsk ikinci Avropa Oyunlarının startına tam hazırdır
Minsk ikinci Avropa Oyunlarının startına tam hazırdır
ANA SƏHİFƏ / İDMAN
11:48 20.06.2019

İkinci Avropa Oyunlarının keçiriləcəyi Minsk şəhəri artıq böyük idman yarışının startına tam hazırdır. AZƏRTAC-ın müxbirinin Belarus paytaxtından ilk reportajını təqdim edirik.

Şəhərdəki xoş əhval-ruhiyyəni hələ gömrük-keçid məntəqəsindəcə hiss etmək mümkündür. Burada istər Oyunlarla bağlı buketlərin paylanlması, istər könüllülərin fəallığı Belarusun bu möhtəşəm idman yarışına ciddi hazırlaşdığını göstərir.

Bu idman bayramının Belarusun tanıdılması, təbliği və turizm potensialının artırılması baxımından önəmini birinci Avropa Oyunları zamanı Azərbaycanın əldə etdiyi siyasi, iqtisadi dividentə görə, bəri-başdan söyləmək mümkündür. Digər tərəfdən, Minskdə valyutadəyişmə məntəqələrində yaranan növbələr də yarış zamanı ölkəyə xarici valyuta axınının təmin ediləcəyindən xəbər verir. Bu baxımdan Avropa Oyunları Minsk şəhərinin inkişafı üçün əlavə stimuldur.

Yarışların keçiriləcəyi əsas arenanın - "Dinamo” stadionunun ətrafında apardığım müşahidələr göstərir ki, bu arena qitəmiqyaslı yarışların keçirilməsi üçün beynəlxalq standartlara tam cavab verir. 1930-cu ildə istifadəyə verilmiş idman kompleksi Avropa Oyunları ərəfəsində əsaslı təmir edilib. Oyunların açılış və bağlanış mərasimləri bu stadionda keçiriləcək. Ümumiyyətlə, stadionlarda işıqlandırma sistemindən tutmuş, mətbuat mərkəzlərinədək bütün obyektlər ən yüksək texnologiya ilə təmin edilib.

Avropa Oyunları ilə əlaqədar könüllülük proqramının icrasına kifayət qədər insan cəlb edilib. Onlara bütün şəhər boyu rast gəlmək olur. Yaxşı təlim keçmiş, xarici dil biliklərinə malik könüllülər Minsk şəhərinin bayram əhvalına əlavə rəng qatır. 22 yaşlı könüllü Anastasiya AZƏRTAC-a açıqlamasında işin çətin və şərəfli olduğunu dedi. Azərbaycanda keçirilmiş birinci Avropa Oyunları vaxtı könüllülərin fəaliyyəti ilə yaxından tanış olduğunu və bunun onda həvəs oyatdığını bildirdi. "Azərbaycanda olmamışam, ancaq sosial şəbəkələr vasitəsilə Bakının necə gözəl şəhər olduğunu bilirəm. Fürsət düşən kimi mütləq Azərbaycana gedəcəyəm”, - deyə Anastasiya gülümsəyərək vurğuladı.

Qeyd edək ki, ikinci Avropa Oyunları çərçivəsində idmanın 15 növü üzrə medallar uğrunda mübarizə gedəcək. Səkkiz növ üzrə yarışlar Tokio-2020 Yay Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyacaq. Boks və cüdo yarışları Avropa çempionatları dərəcəsində keçiriləcək. İyunun 21-dən 30-dək idmançılar 200 medal dəsti uğrunda yarışacaqlar.

AZƏRTAC dəyərli oxucularına Avropa Oyunlarına tam hazır olan Minsk şəhərindən son görüntüləri təqdim edir.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM