Alternative content

10:59 12 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Sosial sahənin inkişafına dövlət qayğısı artırılır
Sosial sahənin inkişafına dövlət qayğısı artırılır
ANA SƏHİFƏ / SİYASƏT
01:46 20.06.2019


Deyirlər, xoş xəbər quş qanadlı olur. Dünəndən belə bir xəbər ölkəmizin şəhər, qəsəbə və kəndlərini dolaşmaqdadır: Prezident İlham Əliyevin sərəncamına əsasən minimum aylıq əməkhaqqı artırılıb.

Sosial sahənin inkişafına dövlət qayğısı insanlarda sevinc, xoş ovqat yaradıb. Hətta buna görə uzaqdan-uzağa bir-birini təbrik edənlər, redaksiyamızla telefon bağlantısı yaradanlar, məktub və teleqram göndərənlər, dövlət başçısına böyük rəğbət və məhəbbət hissi ilə təşəkkürlərini bildirənlər onlarla, yüzlərlədir.

Hörmətli oxucular!

Xatırlayırsınızsa, Prezident İlham Əliyev cari ilin fevral ayında keçirilən iqtisadi və sosial məsələlərlə bağlı müşavirədə demişdi ki, 2019-cu il sosial islahatlar ili kimi tarixə yazılacaq: "Mən dəfələrlə demişəm, bir daha demək istəyirəm ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Eyni zamanda, bizim maliyyə imkanlarımız buna imkan verir. Maliyyə imkanlarımızı biz əldə etmişik, biz yaratmışıq. Məhz aparılan islahatlar nəticəsində bizim gəlirlərimiz, büdcə gəlirlərimiz artır və artmalıdır. Ona görə bir daha demək istəyirəm ki, bizim iqtisadi inkişafımız sosial məsələlərin həlli ilə nə qədər bağlıdır. Bu da təbiidir, bizdə güclü iradə, güclü sosial siyasət var. Eyni zamanda, elan edilmiş və icra edilən ciddi iqtisadi və sosial islahatlar bizə imkan verir ki, əlavə maliyyə resurslarını məhz vətəndaşların rifah halının yaxşılaşmasına yönəldək”.

Bu yönəltmə artıq cari ilin əvvəlindən bəri reallığa çevrilməkdədir. Dövlət başçısının 2019-cu il 8 fevral tarixli sərəncamı ilə martın 1-dən ölkəmizdə minimum əməkhaqqı 38,4 faiz artırılaraq 180 manata, həmçinin qanunvericilik təşəbbüsü əsasında qəbul olunan qanunla əmək pensiyalarının minimum məbləği 38,5 faiz artırılaraq 160 manata çatdırılıb.

Hər iki artım respublikamızda əhalinin rifah səviyyəsinin yaxşılaşdırılması istiqamətində əhəmiyyətli irəliləyişə imkan verən mühüm addımlardır. Əməkhaqqı artımı 600 min, pensiya artımı isə 233 min nəfəri əhatə etmişdir. Ümumiyyətlə, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu sosial siyasət sayəsində son 15 ildə orta aylıq əməkhaqqı 7, minimum əməkhaqqı isə 6,5 dəfə artıb. Təbii ki, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqəsinin, şəhid ailələrinin, əlillərin, qaçqın və məcburi köçkünlərin problemləri daim diqqət mərkəzində saxlanılır. Ölkə rəhbərinin ötən il keçirilən prezident seçkilərindəki qələbəsindən sonra imzaladığı ilk fərmanın şəhid hərbi qulluqçuların vərəsələrinə 11 min manat məbləğində birdəfəlik ödəmələrin verilməsi haqqında olması buna bariz nümunədir.

Ötən il aprelin 11-də keçirilən prezident seçkilərində xalqın yekdil səsi ilə yenidən dövlət başçısı seçilən İlham Əliyevin 2018-ci il 19 aprel tarixli fərmanına əsasən, şəhid hərbi qulluqçuların vərəsələri birdəfəlik ödəmələrlə təmin edilib. İlk olaraq 9531 şəhid hərbi qulluqçunun vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ müəyyən olunub. Bu il yanvarın 28-də dövlət başçısının imzaladığı daha bir fərmanla birdəfəlik ödəmələrin verilməsi 2725 nəfər çox olmaqla 12 min 268 şəhidin vərəsələrini əhatə edib və bunun üçün ümumilikdə 135 milyon manat vəsait ayrılıb. İndiyə qədər 6338 şəhidin 9276 vərəsəsinə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olunub və şəhid vərəsələrinə birdəfəlik ödənişlərin verilməsi prosesi bu il ərzində başa çatdırılacaq.

Dövlət başçısı tərəfindən həyata keçirilən uğurlu sosial siyasət sayəsində daim güclənən sosial təminat sisteminin əhatə etdiyi əhali qruplarından biri də uşaqlardır. Ölkəmizdə son 15 ildə 10-dan çox sosial müavinət növü məhz uşaqların sosial müdafiəsinə yönəlib. Bu gün sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar, şəhid ailələrinin və müharibə əlillərinin, beşdən çox uşağı olan qadınların, müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqları, valideyn himayəsindən məhrum olmuş uşaqlar aylıq sosial müavinətlə təmin edilirlər. Həmçinin ünvanlı dövlət sosial yardımı alan aztəminatlı ailələrin 1 yaşadək uşaqlarına aylıq sosial müavinət, yeni doğulan uşaqlara görə isə birdəfəlik müavinət ödənilir.

Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində genişmiqyaslı tədbirlər davam etdirilir. Ölkə rəhbərinin imzaladığı sosial paket bu istiqamətdə həyata keçirilən dövlət siyasətinin davamı, silsilə tədbirlərin növbəti mərhələsidir. Bu, həmin kateqoriyadan olan insanların sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını daha da artırmaq məqsədinə xidmət edir.

Prezident İlham Əliyevin 18 iyun 2019-cu il tarixli 16 sərəncamı ilə dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədilə həmin sahənin işçilərinin minimum aylıq əməkhaqqının məbləği 250 manat müəyyən edilib. Sərəncama əsasən, Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti və aparatı, Gəncə bölməsinin aparatı, Heydər Əliyev Mərkəzi, "Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, Azərbaycanda Atatürk Mərkəzi, Azərbaycan Respublikasının dövlət arxivləri və onların filialları, rayon (şəhər) dövlət arxivləri, Azərbaycan Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Dövlət Film Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyi və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin rəhbər və digər işçiləri, habelə dövlət orqanlarının tabeliyində olan dövlət büdcəsindən maliyyələşdirilən qurumların dövlət qulluqçusu olmayan işçilərinin (vahid tarif cədvəli əsasında əməkhaqqı alan işçilər istisna olmaqla) vəzifə maaşlarının 2019-cu il sentyabrın 1-dən orta hesabla 40 faiz artırılması nəzərdə tutulub.

Göründüyü kimi, Azərbaycan Prezidentinin yeni sosial paketi əhalinin rifahına ciddi dəstək tədbirlərinin uğurla davam etməsinə, nəticə etibarilə əhalinin rifah halının yüksəlməsi sahəsində ardıcıl irəliləyişlərin reallaşdırılmasına imkan verir.

Rəhman SALMANLI,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM