20 Iyun 2019 01:45
435
SİYASƏT
A- A+

Vaşinqtonda Azərbaycan ilə ABŞ arasındakı ikitərəfli əlaqələr müzakirə edilib


Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Vaşinqtona işgüzar səfəri çərçivəsində ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonla görüşüb.

XİN-dən AZƏRTAC-a bildiriblər ki, görüşdə tərəflər bir sıra məsələlər, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin cari vəziyyəti və substantiv məsələlər üzrə danışıqların irəli aparılması yolları ətrafında intensiv və uzun fikir mübadiləsi aparıblar.

Tərəflər ABŞ ilə Azərbaycan arasında mövcud ikitərəfli siyasi gündəlikdə duran bir çox məsələləri, eləcə də iqtisadi əlaqələr və həyata keçirilən təşəbbüsləri, enerji və nəqliyyat sahəsində reallaşdırılan layihələri, habelə Avropanın qaz təminatının şaxələndirilməsi üzrə əlavə imkanları müzakirə ediblər.

Görüşdə, həmçinin geniş Yaxın Şərq bölgəsində mövcud vəziyyət, eləcə də qlobal gündəlikdə duran və qarşılıqlı maraq doğuran məsələlər üzrə fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video