Şəhidlər tariximizin qan yaddaşıdır
Düşmənlə 168 kilometr sərhəddi olan, 5 kəndi daim mənfur düşmən gülləsinin atəşinə məruz qalan, Bağanıs Ayrım, Xeyrimli, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara və Aşağı Əskipara kimi 7 kəndi hələ də işğalda olan Qazax rayonunda vətənpərvərlik hissi, döyüş ruhu hər zaman yüksək olub. Məhz bunun nəticəsidir ki, Dağlıq Qarabağ müharibəsi başlayandan Qazax rayonu yüzlərlə şəhid verib.
280-dən çox şəhidi olan, 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülən rayonda bu gün də hər bir gənc vətənin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalmağa hazırdır. Şəhidlərin xatirəsi hər zaman uca tutulur, onların ailə üzvlərinə olan qayğı rayonda həmişə diqqət mərkəzində saxlanılır.
1992-ci ilin iyun ayında ermənilər tərəfindən işğal olunan kəndlərdən biri də Aşağı Əskipara oldu. Həmin acı tarıxdən 27 il ötür. Öz ata-baba torpaqlarından didərgin düşən kənd sakinləri o qanlı günləri böyük kədər hissi ilə xatırlayır, qızğın döyüşlərdə şəhid olanları ehtiramla yad edirlər. Kəndin müdafiəsi zamanı həlak olan şəhidlərin bir qismi Qazaxdakı Şəhidlər xiyabanında dəfn olunmuşdur. Elə kəndin işğalının 27-ci ildönümü ilə əlaqədar həmin xiyabanda mərasim keçirilmişdir. Kənd sakinləri və rayon ictimaiyyəti nümayəndələri əvvəlcə şəhidlərin məzarlarını ziyarət etmişlər. Sonra onların ruhuna dualar oxunmuş, qəbirləri üzərinə gül dəstələri düzülmüşdür.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək Prezident İlham Əliyevin, ölkənin Birinci vitze-prezidenti Mehriban xanım Əliyevanın şəhid ailələrinə, məcburi köçkünlərə, Qarabağ müharibəsi əlillərinə və veteranlarına göstərdikləri diqqət və qayğıdan danışmış, ölkə başçısının bu sahədə imzaladığı fərman və sərəncamların əhəmiyyətindən söhbət açmışdır. Diqqətə çatdırılmışdır ki, 280 nəfərdən artıq şəhidin uyuduğu məzarlar əsaslı şəkildə yenidən qurulmuş, hamısının şəkilləri qara mərmər üzərində həkk edilmişdir.
Xüsusi vurğulanmışdır ki, 27 il keçməsinə baxmayaraq, nə kənd sakinləri, nə də qazaxlılar həmin ağrılı-acılı günləri unutmurlar. Hər il kəndin işğalı günü qeyd edilir, onun müdafiəsində şəhid olmuş insanların xatirəsinə ehtiram göstərilir.
Mərasimdə ordumuzun qüdrətindən də söz açılmış, xalqımızın hərb tarixinə "Aprel zəfəri” kimi yazılan 5 günlük döyüşdən, eləcə də həmin döyüşlər zamanı düşmənə necə ağır zərbələr endirilməsindən danışılmışdır. Qeyd edilmişdir ki, Aprel döyüşləri təkcə Azərbaycan Ordusunun gücünü, qüdrətini göstərmədi. Eyni zamanda, igid və mərd oğullarımızın vətənpərvərliyini nümayiş etdirdi. Bununla da sübut edildi ki, ölkə rəhbərinin uzaqgörən siyasəti nəticəsində bir qarış torpağımız da düşmən tapdağı altında qalmayacaq, tezliklə işğalda olan rayonlarımız, eləcə də Qazaxın 7 kəndi azad ediləcəkdir.
Sonra Aşağı Əskipara kənd sakinlərindən Tofiq Qasımov, Vaqif Məmmədov, eləcə də Yuxarı Əskipara kənd sakini Nüsrəddin Hacıyev çıxış edərək 27 il əvvəl ermənilərin kənd sakinlərinə qarşı törətdikləri vəhşiliklərdən danışdılar. Qeyd etdilər ki, 1992-ci il iyunun 13-dən 14-nə keçən gecə kəndin müdafiəsi zamanı Aşağı Əskipara kəndi 6 nəfər şəhid verdi. Ümumilikdə isə kəndin 14 şəhidi var ki, onlardan biri Azərbaycanın Milli Qəhrəmanıdır. 2 nəfər müxtəlif orden və medallarla təltif olunub.
Mərasimin sonunda diqqətə çatdırılmışdır ki, şəhidlər heç zaman ölmürlər. Onlar əbədiyyətə qovuşaraq xalqın qəlbində daim yaşayırlar.
Sabir ƏLİYEV,
"Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Gürcüstanda müsəlman icmasına daha 20 məscid veriləcək
29 Mart
Cəmiyyətin Ermənistan işğalı altında olan kəndlərin azad ediləcəyi ilə bağlı gözləntisi yüksəkdir-SO...
29 Mart
Oğuz sakinlərindən nəcib təşəbbüs - yanmış meşə sahələri bərpa edilir
29 Mart
İnzibati Xətalar Məcəlləsinin bir sıra maddələri üzrə cərimələrin məbləği artırılır...
29 Mart
“Şahin” hərbi-idman oyununun Şəki rayon turunda 11 komanda mübarizə aparıb
29 Mart
“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib
29 Mart
Ermənistanda Vladimir Solovyovun verilişlərinin yayımı dayandırılıb
29 Mart
Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində layihələrin həyata keçirilməsi üzrə komissiyanı...
29 Mart
Azərbaycanda su təchizatı və kanalizasiya sisteminə qoşulmanın qayda və şərtləri yenilənəcək...
29 Mart
“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 132-ci kitabı çapdan çıxıb
29 Mart
DİQQƏT ÇƏKƏNLƏR
Bütöv Azərbaycanın Zəfər tonqalı20 Mart 2024
Parçalanmış dünyanın bərpasına töhfə19 Mart 2024
QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ18 Mart 2024
Prezident İlham Əliyev və NATO-nun Baş katibi Yens Stoltenberq mətbuata bəyanatla çıxış ediblər YE...17 Mart 2024
Fransa növbəti dəfə ifşa olundu16 Mart 2024
ÇOX OXUNANLAR
Xoş niyyətlər bayramı20 Mart 2024
Azərbaycan Qafqazda sülhü də bərqərar edəcək19 Mart 2024
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram...18 Mart 2024
Natəvanın heykəlinə qarşı vandalizm Fransa tarixinin utancverici hadisəsidir17 Mart 2024
Bakı Forumunda Azərbaycanın COP29-a evsahibliyi etməsi dəstəkləndi16 Mart 2024
Hücum diplomatiyasından hücum taktikasına14 Mart 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!