Alternative content

12:44 23 Oktyabr 2019
ONLINE XƏBƏR LENTİ
00:29 23.10.2019 Diplomatik zərbə
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva paytaxtın 4 və 3 nömrəli internat məktəblərində olub
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva paytaxtın 4 və 3 nömrəli internat məktəblərində olub
ANA SƏHİFƏ / CƏMİYYƏT
23:57 19.06.2019

İyunun 19-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakının Şüvəlan qəsəbəsində sağlamlıq imkanları məhdud, valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 4 nömrəli Respublika xüsusi internat məktəbində və Nizami rayonunda sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbində olub.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Şüvəlan qəsəbəsindəki sağlamlıq imkanları məhdud, valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 4 nömrəli Respublika xüsusi internat məktəbinə gələn Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva burada uşaqlarla görüşdü, onlar üçün yaradılan şəraitlə tanış oldu.

Məlumat verildi ki, 1976-cı ildən fəaliyyət göstərən bu internat məktəbi 2015-ci ildə Heydər Əliyev Fondunun "Uşaq evləri və internat məktəblərinin inkişafı” Proqramı çərçivəsində yenidən qurulub. Hazırda burada 100-dən çox uşaq müalicə alır. Məktəbin nəzdində məktəbəqədər uşaqlar üçün nəzərdə tutulan Reabilitasiya-İnkişaf Mərkəzi fəaliyyət göstərir.

Leyla Əliyeva müəssisədəki uşaqlarla söhbət etdi, onların əl işlərinə baxdı, fəaliyyət göstərən dərnəklərlə maraqlandı.

İnternat məktəbinin sakinləri Heydər Əliyev Fondunun vitse-prezidentinə öz bacarıqlarını nümayiş etdirdilər.

Müəssisəyə Heydər Əliyev Fondunun hədiyyələri təqdim edildi.

x x x

Daha sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Nizami rayonunda sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinə gəldi.

Bildirildi ki, 1960-cı illərin əvvəllərindən fəaliyyət göstərən internat məktəbi eşitmə qüsurlu uşaqlar üçün nəzərdə tutulub. Buradakı 649 uşaqdan 226-sı internat məktəbində yaşayır. Azərbaycan və rus bölmələrinin olduğu internat məktəbində 87 sinif var. Artıq 4 ildir ki, internat məktəbində implant siniflər də fəaliyyət göstərir. Həmin siniflərdəki uşaqlara implant əməliyyatından sonra xüsusi proqram üzrə dərs keçirilir. Təhsil müəssisəsində uşaqlar öz istəklərinə uyğun olaraq rəsm, toxuculuq, muncuqla iş, xalçaçılıq, idman dərnəklərində məşğul ola bilərlər. İnternat məktəbinin məzunları arasında idmançılar, rəssamlar var.

Bu məktəbə də Heydər Əliyev Fondunun hədiyyələri təqdim edildi.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM