Alternative content

14:19 18 Iyul 2019
ONLINE XƏBƏR LENTİ
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Belqradda İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş elmi simpozium keçirilib
Belqradda İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş elmi simpozium keçirilib
ANA SƏHİFƏ / Mədəniyyət
23:52 19.06.2019

Böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamının icrası üzrə silsilə tədbirlər çərçivəsində iyunun 19-da Belqradda elmi simpozium keçirilib. Ötən il Belqrad Universitetində açılmış Azərbaycan Dili və Mədəniyyəti Mərkəzində keçirilən simpozium Serbiya Kral Akademiyası tərəfindən təşkil edilib.

Əvvəlcə tədbir iştirakçıları Azərbaycan dövlətinin dəstəyi ilə bərpa edilmiş "Daşmeydan” parkına gediblər və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və serb yazıçısı Milorad Paviçin abidələri önünə əklillər qoyublar.

Sonra simpozium keçirilib. Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı səfiri Eldar Həsənov tədbir iştirakçılarını salamlayıb. Serb və Azərbaycan alimləri məruzələrlə çıxış ediblər.

Çıxışlardan sonra serb və Azərbaycan ekspertləri müvafiq olaraq "Nəsimi-650” və "İvo Andriç” yubiley medalları ilə mükafatlandırılıb. Yubiley medalları bu il fevralın 20-də Serbiya Kral Akademiyası tərəfindən təsis edilib.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM