Alternative content

14:22 18 Iyul 2019
ONLINE XƏBƏR LENTİ
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Xorvatiyada beynəlxalq festivalda Dövlət Mahnı və Rəqs Ansamblımız çıxış edib
Xorvatiyada beynəlxalq festivalda Dövlət Mahnı və Rəqs Ansamblımız çıxış edib
ANA SƏHİFƏ / Mədəniyyət
23:23 19.06.2019

Azərbaycanın Xorvatiyadakı səfirliyinin təşkilatçılığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə Xorvatiyanın Osiyek-Baranya vilayətində Beynəlxalq İpək Yolu Festivalında Dövlət Mahnı və Rəqs Ansamblımızın 11 nəfərlik rəqs qrupu iştirak edib.

AZƏRTACxəbər verir ki, tədbirin əsas məqsədi müxtəlif xalqlar arasında dialoqun inkişafı və Böyük İpək Yolunun keçdiyi ölkələrdə formalaşmış unikal mədəniyyətlərin təbliğ edilməsindən ibarət olub. Festival çərçivəsində "İpək Yolu” ölkələrinin bədii filmlərinin nümayişi, eləcə də milli musiqi, rəqs, mətbəx və digər mədəni tədbirlər keçirilib.

Bu il keçirilən İpək Yolu Festivalında Azərbaycan incəsənət nümayəndələri ilə yanaşı Türkiyə, Rusiya, Çin, Qazaxıstan, İran, Monqolustan və Hindistandan sənətçilər qatılıblar.

Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının rəqs qrupu təşkil edilmiş konsert proqramlarında müxtəlif milli rəqslər təqdim ediblər və xorvat tamaşaçıları tərəfindən maraq və rəğbətlə qarşılanıblar.

Festival çərçivəsində Xorvatiyanın Turizm Nazirliyinin Dövlət katibi, Osiyek-Baranya vilayətinin rəhbərliyi və iştirakçı dövlətlərin səfirlərinin iştirakı ilə Osiyek Universitetində İpək Yolu ölkələrində turizm məsələlərinə həsr olunan dəyirmi masa keçirib. Tədbirdə ölkəmizin Xorvatiyadakı səfiri Fəxrəddin Qurbanov çıxış edərək Azərbaycanda son illər ərzində turizmin inkişafi üçün yaradılmış infrastruktur, turistlərin ölkəmizə gəlişinin asanlaşdırılması məqsədilə qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində mühüm addımların atıldığını diqqətə çatdırıb.

Qeyd edək ki, 2018-ci ildə sözügedən festival Xorvatiyanın Zadar şəhərində keçirilib və Azərbaycanın Xorvatiyadakı səfirliyi bu festivalda "Əbədi ezamiyyət” filmi ilə iştirak edib.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Zaqreb



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM