19 Iyun 2019 17:01
584
SİYASƏT
A- A+

Sahibə Qafarova: Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi siyasəti ardıcıl xarakter daşıyır

Azərbaycan sosial dövlətdir. Ölkəmizin məqsədyönlü siyasətini cəmiyyətdən, xalqdan aldığı sifarişlər əsasında formalaşdıran Prezident İlham Əliyev qarşıya respublikamızda sosial vəziyyəti dünyanın inkişaf etmiş ölkələrindəki səviyyəyə çatdırmaqla bağlı mühüm vəzifə qoyub. Dövlət başçısının müəyyənləşdirdiyi bu strateji kursa uyğun olaraq ölkəmizin uğurlu sosial dövlət modeli formalaşdırılıb. BMT-nin bəyan etdiyi Minilliyin İnkişaf Məqsədlərinə qoşulan respublikamız qısa müddətdə insan inkişafı indeksini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb və MDB məkanında lider mövqeyə yüksəlib.

Bu fikirləriAZƏRTAC-a Milli Məclisin deputatı Sahibə Qafarova bildirib.

Respublikamızda əhalinin sosial müdafiəsinin gücləndirilməsi siyasətinin ardıcıl xarakter daşıdığını vurğulayan S.Qafarova deyib: "Respublikamızda 2019-cu ilin əvvəlindən ötən il anonsu verilən böyük sosial paketin icrası aktiv fazaya daxil olub. İlin əvvəlindən bəri dövlət başçısı bilavasitə ölkə vətəndaşlarının həyat səviyyəsinin daha da yüksəldilməsinə, onları narahat edən müxtəlif sosial məsələlərin həllinə yönələn çoxlu sayda fərman və sərəncamlar imzalayıb. Biz bu sırada dövlət başçısının imzaladığı sənədlər əsasında müvafiq kateqoriyadan olan şəhid ailələrinə birdəfəlik ödəmələrin verilməsini, problemli kreditlər məsələsinin həllini tapmasını, bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsini, əməkhaqlarının, pensiyaların, tələbə təqaüdlərinin, müavinətlərin artırılmasını və digər belə tədbirləri qeyd edə bilərik. Sosial sferada atılan bu kimi addımlar bilavasitə insanların rifah halının yaxşılaşdırılmasına, onların gəlir imkanlarının artırılmasına hesablanıb. Bütövlükdə deyə bilərik ki, 2019-cu ilin əvvəlindən bəri Prezident İlham Əliyevin müvafiq sosial paket çərçivəsində imzaladığı qanunvericilik aktları 3 milyona yaxın insanın sosial müdafiəsinin gücləndirilməsi sahəsində inqilabi addım oldu və bu məqsədlər üçün 1,5 milyard manat vəsait ayrıldı".

Deputat bildirib ki, dövlət başçısının müxtəlif sahələrdə çalışan işçilərin əməkhaqlarının artırılması ilə bağlı imzaladığı yeni sərəncamlarla isə sosial sahədə inqilabi addımların növbəti mərhələsi başlayıb. Prezident İlham Əliyev əslində imzaladığı yeni sənədlərlə əhalinin sosial müdafiəsini gücləndirmək məqsədilə növbəti sosial paketi bəyan etdi. Respublikamızda dövlət büdcəsindən maliyyələşən ayrı-ayrı təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşlarının 2019-cu il sentyabrın 1-dən orta hesabla 40 faiz artırılması nəzərdə tutulur. Əməkhaqlarının əhəmiyyətli dərəcədə artırılması müvafiq kateqoriyadan olan insanların sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını daha da artırmaq məqsədinə xidmət edir. Yeni sosial paket ölkə Prezidentinin "Azərbaycanda dövlət siyasətinin mərkəzində insan amili dayanır" tezisini bir daha təsdiq edir.

S.Qafarova, həmçinin vurğulayıb ki, Prezidentin imzaladığı yeni sosial paket əhalinin rifah halının yaxşılaşdırılmasına və gəlir imkanlarının artırılmasına hədəflənən tədbirlərin uğurla davam etməsinə geniş imkanlar açır: "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən dövlət qulluqçularının, hərbi qulluqçuların, hüquq-mühafizə orqanı əməkdaşlarının və digər xüsusi rütbəli şəxslərin, müəllimlərin, habelə dövlət büdcəsindən maliyyələşən bir sıra digər təşkilatlarda çalışan işçilərin əməkhaqlarının nəzərəçarpacaq dərəcədə artırılması barədə sərəncamlar dövlətimizin həyata keçirdiyi sosial siyasətin inqilabi xarakter daşıdığını bir daha əyani şəkildə göstərir".

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video